Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yuqurta müharibəsi (e.ə 111–105) — e.ə. 118-ci ildə Numidiya çarı Masinissa ölür. Romalıların vasitəçiliyi ilə onun mirası, qardaşı oğlu Yuqurta da daxil olmaqla iki oğlu arasında bölüşdürülür. Ancaq bir neçə ildən sonra Yuqurta, Romanın arbitrajına məhəl qoymayaraq və hər iki rəqibini aradan götürərək Numidiyanı ələ keçirir. Yuqurta romalı səfirləri satın aldığına görə senat vaxtında tədbir görə bilmir və Yuqurta Tsirta şəhərini ələ keçirərək, romalılar da daxil onun əhalisini qətl edir. Hiddətlənən Roma atlılarının təzyiqi ilə Yuqurtaya müharibə elan olunur.
Yuqurta müharibəsi | |
---|---|
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
E.ə 111-ci ildə romalılar uğurla hucuma keçirlər, lakin Yuqurta satın alma yolu ilə özünə sərf edən sülh müqaviləsinə nail olur. E.ə 109-cu ildə müharibə yenidən başlayır. Roma oliqarşisinin nümayəndələrindən biri olan Avl Postuminin başçılığı altında romalı ordu rüsvayçı məğlubiyətə uğrayır.[2][3][4][5]