Yurdçu kurqanları

Yurdçu kurqanlarıKəngərli rayonuun Yurdçu kəndinin qərbində yerləşən son antik dövrə aid olan arxeoloji abidə.

Abidə bir qədər hündürdə olan uzunsov təpənin üstündə yerləşir. 1985-ci ildə ərazidə su anbarının tikintisi zamanı kurqanların çoxu dağıdılmışdır.

Tədqiqatlar zamanı 17 qəbir abidəsi öyrənilmişdir. Kurqanların diametri 3- 5 metrdir. Qəbirlər quyu formasında olub dairəvi formadadır. Üzəri qalın kül təbəqəsi ilə örtülmüşdür. Qəbirlərdən çəhrayı, boz, sarı rəngli gil qab qırıqları, çay daşları, heyvan sümükləri, bıçaq, daş qəlib, qırmızı əqiqdən hazırlanmış muncuq, iki çıraq və daş mehrab, həmçinin çoxlu digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.

Gil qablar və bəzək əşyaları dəfn prosesində müəyyən ayinlərin icra edildiyini göstərir. Dəfn başa çatdıqdan sonra qəbrin üzərində od yandırılır, çox güman ki, qurban da kəsilirmiş. Bundan sonra qəbir daşla örtülür, üzərinə daş və torpaq tökülərək təpə halına salınırdı.[1]

  1. Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şərurun arxeoloji abidələri, Bakı, 1993