Yurdçu nekropolu — Kəngərli rayonunun Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə.
1983-cü ildə ərazidə aparılan tikinti işləri zamanı bir nçə daş qutu qəbir dağıdılmış, dağıdılmış qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri aşkarlanmışdır. Qəbirlərin üzəri daş və kurqan qarışıq kütlədən kurqan şəklində düzəldilmişdir. Kurqanların diametri 4 – 8 metr, hündürlüyü 0,2 – 0,5 metrdir.
Dağıdılmış qəbirlərdən beşinin materialları toplanmışdır. Arxeoloji məmulatlar boyalı küpə, kasa,çaydan tipli gil qablar, tunc nizə ucu, sırğa, üzük, sancaq və digər bəzək əşyalarından ibarətdir.[1]