Yurdçu yaşayış yeri

Yurdçu yaşayış yeriKəngərli rayonu rayonu ərazisində, Yurdçu kəndindən cənub-qərbdə ilk Dəmir dövrünə aid arxeoloji abidə.

Abidənin sahəsi 2 hektardır. Yaşayış yeri 1983-cü ildə qeydə alınmışdır. Yerüstü tapıntılar gil qab sınıqlarından və daş alətlərdən ibarət olub iki dövrə bölünür. Birinci dövrə ilk Dəmir dövrünə xas olan gil məmulatı və əmək alətləri daxildir. Axtarışlar zamanı tapılmış yerüstü materiallar dən daşı, çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. Yurdçu yaşayış yerinin e.ə. X – VIII əsrlərə aid olması ehtimal edilir. Abidədə arxeoloji qazıntı və ciddi tədqiqat işləri aparılmamışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şərurun arxeoloji abidələri, Bakı, 1993