Fidler Yuri Vladimiroviç (16 iyun 1898, Saratov – 14 may 1981, Bakı) — şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ədəbi təxəllüsləri "Yeqor Yexidnı", "Optimist", "Yurfi", "D.İrinin").[mənbə göstərin]
YURİ FİDLER | |
---|---|
Yuri Vladimiroviç Fidler | |
Doğum tarixi | |
Doğum yeri | Saratov, Rusiya |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, film ssenaristi[d] |
Mükafatları |
Yuri Fidler 1898-ci il iyunun 16-da Saratov şəhərində məhkəmə məmuru ailəsində doğulmuşdur. Pyatiqorsk gimnaziyasında, sonra I Bakı gimnaziyasında orta təhsil almışdır (1907-1917). Əmək fəaliyyətinə 1917-ci ildən başlamışdır. Culfa-Bakı dəmiryolu idarəsində tabelçi-fəhlə (1917-1918), ərzaq idarəsində kontor işçisi (1918), Yessentukidə milis işçisi (1918-1919), Azərbaycan hərbi sanitariya idarəsində icraçı (1920), sonra katib (1921-1922), Rostov dövlət ticarəti kontorunda hesabdar (1922-1923), Keçmiş SSRİ Ticarət-Sənaye Bankının Azərbaycan kontorunda hesabdar, mühasib köməkçisi, müxbir, sığorta şöbəsinin müdiri (1923-1927), Bakı trestlərinin birində hesabdar (1927-1929), "Vışka" qəzeti redaksiyasında felyetonçu (1929-1932) işləmişdir. Sonra yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur.
1981-ci il mayın 14-də vəfat etmişdir.
Ədəbi fəaliyyətə 1920-ci ildən başlamış, felyeton və satirik şeirlərini "Krokodil", "Smexaç", "Begemot" jurnallarında dərc etdirmişdir. Hekayələr, pyeslər yazmış, Azərbaycan xalq və aşıq şeirlərini tərcümə etmiş, uşaq yazıçısı kimi fəaliyyət göstərmişdir.
(azərbaycancadan)