Saratov

Saratov (rus. Сара́тов) — Rusiya Federasiyasının Avropa hissəsinin cənub-şərqində regional əhəmiyyətli şəhərdir. Saratov vilayətinin şəhər statuslu inzibati mərkəzidir.Saratov şəhəri Volqa bölgəsinin mədəniyyət, iqtisadi və təhsil mərkəzidir.Rusiya Federasiyasıda iyirmi ən böyük milyonçu şəhərlərindən biridir, eyni zamanda əhalisi 1,2 milyon nəfəri keçən Saratov aqlomerasiyasının mərkəzidir.

Saratov
Саратов
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
51°32′ şm. e. 46°00′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1590
Sahəsi
  • 394 km²
Mərkəzin hündürlüyü 50 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 838.042 nəf. (2020)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 8452
Poçt indeksi 410000–410999
Digər
saratovmer.ru
Xəritəni göstər/gizlə
Saratov xəritədə
Saratov
Saratov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volqoqrad su anbarının sağ sahilində Saratovka çayı və Engels şəhəri ilə üzbəüz yerləşir.Saratovdan Volqoqrada qədər olan məsafə 389 km, Moskvaya qədər 858 km [3]cənub-şərqdə yerləşən Samaraya qədər olan məsafə isə 442 km-dir[4].

1590-cı ildə, orta əsrlərdə mövcud olan Qızıl Ordu dövlətindən qorunmaq üçün Fyodor İvanoviçin hakimiyyəti dövründə Rusiya dövlətinin cənub sərhədlərini qorumaq üçün bir keşikçi qalası olaraq quruldu.18-ci əsrin ikinci yarısında balıqduz ticarətinin, 19-cu əsrdən isə taxıl ticarəti mərkəzlərindən biri oldu. 1780-ci ildən bəri isə vilayət şəhəri olaraq qaldı. 20-ci əsrin əvvəllərində Volqa bölgəsində əhali baxımından ən böyük şəhər idi[5].1909-cu ildən universitet fəaliyyət göstərir.

Saratov- çoxsaylı sənaye, mədəni və təhsil müəssisələri olan çoxfunksiyalı bir mərkəzdir. Tarixi mərkəzdə şəhər və regional idarələr (19-cu illərin sonu - 20-ci əsrin ortalarında tikilmiş binalar kompleksi); teatrlar: opera və balet teatrı (1875), dram teatrı(1803), gənc tamaşaçılar teatrı (1918),konservatoriya (1912), sirk (1876), filarmoniya (1937); muzeylər: Saratovdakı A.N.Radişev İncəsənət Muzeyi (1885), K.A.Fedinin Muzeyi (18-ci əsrin əvvəllərinə aid bina), Nikolay Çernışevskinin Muzey-Mülkiyyəti (19-cu əsrin əvvəlləri); Trinity Katedralı (17-ci əsrin sonları);və s. 18-ci illərin sonu - 20-ci əsrin əvvəllərin aid federal və regional əhəmiyyətli çoxlu sayda memarlıq abidələri mövcuddur[6].

Ali təhsil,elmi-tədqiqat və layihə fəaliyyətinin mərkəzinə çevrilmişdir[7]. Maşınqayırma, neft və kimya sənayesi inkişaf edib.

Rusiya Federasiyası prezidentinin 2 İyul 2020-ci il tarixli fərmanı ilə "əmək şücaəti" şəhər adına layiq görülüb[8].

Akademik mənbələr Saratovun adını Sokolovaya dağının Türk-Tatar adından "sari tau" - "sarı dağ" adından aldığını güman edirlər[9][9][9][10][11]. Şəhərin adının Saratov qalası ilə üzbəüz Tereşka çayının mənsəbində yerləşən sarı qarınlı ilanların adından "sarı tau"-"sarı dağ" sözlərindən gəldiyi fərziyyəsi var.

Bununla yanaşı, başqa fərziyyələr də var. Şəhərin adının "sar atav" - "alçaq ada" və ya "sarık atov" - "şahin adası" sözlərindən gəldiyi ehtimal olunur. Saratovun adını "İskit-İran hidronimi" Sarat "dan alması barədə bir fərziyyə var[12].

Saratov şəhəri 2(12) iyul 1590-cı ildə Şahzadə Qriqori Zasekin və boyar Fyodor Turov tərəfindən Samara ilə Çaritsın arasında yarandı.

İlk Saratovun dəqiq yeri məlum deyil - müasir Anisovkanın sol sahili Uveklə üzbəüz olduğu güman edilir[13]. 1613-1614-cü ilin qışında şəhər yandı və Volqa'nın sol sahilində, Saratovka çayının mənbəyində, 1617-ci ildə yenidən quruldu.

1674-cü ildə Çar Aleksey Mixayloviçin "Dağlarda yeni bir Saratov düzəlt" fərmanına əsasən, şəhər Volqa'nın sağ sahilinə, indiki Muzey Meydanının ərazisinə köçürüldü.

Nəticədə Saratov şəhəri üç dəfə Rus valiləri tərəfindən quruldu: 1590, 16171674-cü illərdə və hər dəfə yeni bir yerdə. Polkovnik Alexander Şel, indiki Sokolovaya adlanan dağın cənubunda, 1674-cü ildə yeni yerdə şəhərin üçüncü inşasının təməlini qoydu. Sokolovaya Qora şəhərin bütün mərkəzini görə biləcəyiniz məşhur bir yerdir.

17-ci əsrdən 18-ci əsrin birinci yarsına qədər şəhər dayanmadan KalmıklarKuban Tatarları tərəfindən darmadağın edildi. 1670-ci ildə Stepan Razin şəhəri üç günlük soyğuna məruz qoydu. 1708-ci ildə Saratov Bulavinin qoşunları tərəfindən mühasirəyə alındı.


  1. :ru:s:Федеральный закон от 22.11.2016 № 395-ФЗ (rus.). 2016.
  2. https://web.archive.org/web/20200822004543/https://rosstat.gov.ru/storage/mediabank/CcG8qBhP/mun_obr2020.rar.
  3. "Расстояния от Саратова до городов России". 2012-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  4. "Федеральная миграционная служба России — Государственные программы — Соотечественники — Официальный информационный пакет Государственной программы — Округа РФ, участвующие в р …". 2012-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  5. "«Российский статистический ежегодник», 2011 г. Раздел 4. Население. Таблица 4.4 Города с численностью населения 100 тысяч и более человек". 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  6. "Страница музея К. А. Федина". 2009-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  7. "Университеты, академии, институты. Регион: Саратовская область". 2012-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-28.
  8. "Указ Президента Российской Федерации от 02.07.2020 № 444 «О присвоении почётного звания Российской Федерации „Город трудовой доблести"»". 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  9. 1 2 3 Булычев М. В., Максимов Е. К.: Четыре века: сборник статей, посвящённый 400-летию Саратова, 1991
  10. Географические названия мира: Топонимический словарь. — М: АСТ. Поспелов Е. М. 2001.
  11. Словарь современных географических названий. — Екатеринбург: У-Фактория. Под общей редакцией акад. В. М. Котлякова. 2006.
  12. "Путешествие по России". 2013-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-29.
  13. "Dirizhabl: design studio". 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-17.