Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yuri Borisoviç Levitan (Yudka Berkoviç Levitan) (1914[1] - 1983) — 1931-ci ildən Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru. SSRİ Xalq Artisti (1980). 1941-ci ildən ÜİK(b)P üzvü. Nadir tembrə və təsiredici səsə malik insan.
Yuri Levitan | |
---|---|
Yuri Borisoviç Levitan | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | SSRİ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Fəaliyyəti | radioaparıcı[d], diktor |
Partiyası | |
Mükafatları | (1980) |
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Levitan 2 oktyabr 1914-cü ildə Vladimirsk şəhərində anadan olub[2]. Atası liman işçisi, anası isə evdar xanım olmuşdu. Öz dayısından o, teatr və poeziyaya sevgini öyrənmişdi. O oxuyan zaman səsini hər kəs bir neçə binadan eşidə bilirdi. Məktəbdə Levitan demək olar ki, bütün teatrlarda iştirak edir. 1931-ci ildə məktəb onu xüsusi istedadına görə Dövlət Kino İnstitutuna göndərilir.
İnstitutu bitirib öz doğma şəhərinə qayıdan Levitan bir elanla rastlaşır: “Radio diktorluğu üçün qrupa seçim aparılır”.
Böyük müsabiqəyə baxmayaraq, Levitan diktorluğa götürülür. O, öz üzərində o qədər işləyir ki, artıq qısa müddətdən sonra Levitanın nitqində heç bir qüsur qalmır.
Üç ildən sonra Levitan radio stansiyasının gecə efirində ilk çıxışını edir. O, “Pravda” qəzetindən bəzi xəbərləri çatdırırdı. Həmin gün gözlənilmədən Stalin də radioya qulaq asır. Levitanın səsini eşidən zaman o, partiyanın XVII qurultayındakı çıxışını radio vasitəsilə məhz Levitanın səsləndirməsini tələb edir.
Növbəti gün Sovet məmurları Stalinin çıxışı olan qovluqla radiostansiyaya gəlirlər və Levitandan bu mətni səsləndirməyi tələb edirlər. Həyacandan rəngi ağarmış Yuri Levitan bu çıxışı 5 saat ərzində heç bir səhv olmadan səsləndirir. Həmin gündən o, Sovet İttifaqının baş diktoru təyin edilir.
Levitanın ən böyük məşhurluğu isə Böyük Vətən Müharibəsi illərindən başlayır. “Biz haqq yoldayıq. Düşmən darmadağın ediləcək. Qələbə bizimlə olacaq”. O bu kəlmələri elə güclə və inamla səsləndirirdi ki, bu zaman milyonlarla insan səsgücləndiricilərin ətrafına yığışır və mühüm çatdırışları dinləyirdi.
Bütün müharibə ərzində Levitan hər gün cəbhədən xəbərləri və Ali Komandanlığın əmrlərini oxuyurdu. Faşist Almaniyası onun çıxışlarını böyük diqqətlə izləyirdi. Məlumata görə, Hitler onun dilini başa düşməsə də o çıxış edərkən böyük qəzəblə qulaq asar və dərhal tərcümə olunmasını tələb edərdi. Hitler Levitanı özünün 1 nömrəli düşməni elan etmiş və Moskvaya daxil olan kimi birinci onu asacaqlarını vəd etmişdi. Hitler onun başına 250 min marka mükafat qoyur. Lakin, Levitan isə öz verilişini olduqca gizli saxlanan bir məkandan aparırdı.
8 may 1945-ci ildə axşam saatlarında Levitan Kremlə çağırılır və ona Ali Komandanlığın Qələbə barədə çıxışı təqdim edilir. 35 dəqiqədən sonra o, bütün Sovet məkanına Almaniya üzərində qələbə qazanıldığını elan edir. “Danışır Moskva! Faşist Almaniyası darmadağın edildi...”
Stalinin ölümü, Yerin ilk süni peykinin buraxılması, Yuri Qaqarinin uçuşu və digər tarixi əhəmiyyətli hadisələr barədə də insanlar ondan xəbər tutur.
1983-cü ildə Levitan müharibə veteranları qarşısında mitinqdə çıxış edir. Birdən o özünü pis hiss edir. Səhəri gün – 1983-cü il avqustun 4-də isə o, ürək çatışmazlığından vəfat edir.