Yuri Yevgeniyeviç Yarvet (est. Jüri Järvet) — Sovet və Estoniya aktyoru, Estoniya SSR-in xalq artisti (1969), SSRİ xalq artisti (1975).
Yuri Yarvet | |
---|---|
est. Jüri Järvet | |
Doğum tarixi | 18 iyun 1919[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyul 1995[1] (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktyoru, teatr rejissoru, kino aktyoru, siyasətçi |
Mükafatları |
|
IMDb | ID0433525 |
Yuri Yarvet (22 fevral 1938-ci ilə qədər Georgi Kuznesov) 1919-cu ildə Tallində anadan olmuşdur. Milliyyətcə rusdur. O, eston ailəsində tərbiyə alıb və rus dilini pis bilib. Onu filmlərdə rus aktyorlar səsləndirirdilər[2].
O, ilk dəfə səhnəyə 1941-ci ildə çıxmışdır. 1946-cı ildə Yarvet Estoniya SSR-in Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1949-cu ildə Cənub-Eston teatrının baş rejissoru olmuşdur.
Kəskin və bacarıqlı aktyor olan Yarvet yaradıcılığında fantaziya, yumor və faciədən istifadə etmişdir.
Yuri Yarvet Savva Kulişin çəkdiyi "Ölü mövsüm" filmində ifa etdiyi professor O'Reyli rolundan sonra məşhurlaşdı. Lakin istedadlı aktyor həqiqi və ləyaqətli şöhrətə Qriqori Kozinsevin "Kral Lir" filmində oynadığı Lir rolundan sonra çatdı. Yuri Yarvetin ən yaxşı işləri sırasında "Solyaris" filmindəki doktor Snaut rolunu göstərmək olar.
Yur Yarvet 1995-ci ildə vəfat etmişdir.