Yusif Əmənzadə

Yusif Əmənzadə (8.2.1914 — 11.03.1982) — riyaziyyat elmləri doktoru (1959), professor (1961), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1968).[1][2][3]

Yusif Əmənzadə
Yusif Əmən oğlu Əmənzadə
Doğum tarixi 18 fevral 1914(1914-02-18)
Doğum yeri
Vəfat tarixi 11 mart 1982(1982-03-11) (68 yaşında)
Vəfat yeri Bakı
Elmi dərəcəsi
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yusif Əmənzadə 18 fevral 1914-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Yusif Əmənzadə elmlər namizədi və elmlər doktoru elmi dərəcələrini almışdır.[1][2][3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yusif Əmənzadə 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Habelə AEA Riyaziyyat və Mexanika İnstitutunun Elastikliyyət nəzəriyyəsi şöbəsinin rəhbəri vəzifəsini icra etmişdir. 1972-ci ildə SSRİ-nin Mexanika üzrə Milli Komitəsinin üzvü olmuşdur.[1][2][3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yusif Əmənzadə 1959-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cəsini, 1961-ci ildə professor elmi adını almışdır. O, 1968-ci ildə AEA-nın müx­­­­bir üzvü seçilmişdir. O, 150-dən çox elmi məqalə çap etdirmişdir. Y.Ə. Əmənzadə 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.[1][2][3]

Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbay­can EA-nın müxbir üzvü, Y. Ə. Əmənzadəə qoymuşdur. Onun elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsülları tapılmış və bu məsələlərin ədədi həlli verilmişdir.[1][2][3]

Yusif Əmənzadə, N.İ. Musxelişvili və D.İ. Şermanla birlikdə məsə­­lə­lərin həlli prosse­sin­də xətti cəbri tənliklərin sonsuz sistemlərinin kvazitəkrarlanmasını sübut edən ilk azərbaycanlı alim olmuşdur. Onun tərəfindən boşluğa malik tirin əyilmə mərkəzinin koordinatları bir burulma funksiyası vasitəsi ilə verilmişdir. Boşluğa malik yarımmüstəviyə ştambın təsiri məsələsi onun tərəfindən qoyulmuş və həll edilmişdir. O, sonlu mühitdə çat məsələsinin analitik həlli üsülunu vermiş və laylı müxtəlif cinsli elastiki cisimlər üçün analitik həll üsülunu inkişaf etdirmişdir. Onun axırıncı tətqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilmişdir.[1][2][3]

Müəllifi olduğu dərslikər

[redaktə | mənbəni redaktə et]
  • "Elastiklik nəzəriyyəsi" (rus dilində və ingilis dillərində);
  • "Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs";
  • "Elastiklikl nəzəriy­yəsi­nin hamarlılıq məsələsi";[2][3]

Monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]

Yusif Əmənzadə "SSRİ-də elastik­lik nəzəriyyəsinin əlaqə məsələrinin həlli" adlı monoqrafiyanın həmmüəllifi olmuşdur.[2][3]

Yusif Əmənzadə 1982-ci ildə Bakı şəhə­rində vəfat etmişdir.[1][2][3]

А. Н. Боголюбов. Математики Механики. — Киев, Наукова думка, 1983  (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 "Əmənzadə Yusif Əmən oğlu" (Azərbaycan). science.gov.az. 2023-05-10 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 9 "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları – 95" (Azərbaycan). www.nkpi.az.
  3. 1 2 3 4 5 6 7 8 9 "Bu gün mexanika sahəsində tanınmış alim Yusif Əmənzadənin doğum günüdür" (Azərbaycan). azertag.az. 2022-03-20 tarixində arxivləşdirilib.