Həsənbəyov Yusif Qonaq oğlu (Yusif Həsənbəy; 26 dekabr 1932, Quba) — Əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959),
Yusif Həsənbəy | |
---|---|
Yusif Qonaq oğlu Həsənbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olmuşdur. Burada pedaqoji texnikumu bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956). Sonra Bakıda Azərbaycan LKGİ Səbayel rayon komitəsində təlimatçı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olmuşdur (1956–1969). Moskvada, M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil almışdır (1975–1977). Beynəlxalq PEN təşkilatı Azərbaycan PEN klubunun məsul katibidir (1990-cı ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədridir (1994-cü ildən).
"Təhsildən qayıdarkən" adlı ilk mətbu əsəri 1954-cü ildə "Azərbaycan" jurnalında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə çevrilib yayılmışdır. "Ayı kürkü" (1986) və "Dağlarda işıq" (1981) əsərləri əsasında televiziya tamaşası nümayiş etdirilmişdir. "Sehirli üzük" (1973) pyesi Mingəçevir Dövlət teatrında, "Yıxılanı qaldır" (1975) pyesi Ağdam Dövlət teatrında səhnəyə qoyulmuşdur. "Bir həyətin sakinləri" (1981), "Kölgənin kölgəsi" (1984) pyesləri Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir. Azərbaycan mahnılarını toplayıb tərtib edib dönə-dönə kütləvi tirajla nəşr etdirmişdir. Şeirlərinə mahnı bəstələnmişdir.
(ruscadan)