Yusif Abbas oğlu Kərimov (5 may 1940, Bərdə – 15 oktyabr 2018) — nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975).
Yusif Kərimov | |
---|---|
Yusif Abbas oğlu Kərimov | |
Fayl:Yusif Kərimov (nasir).jpg | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti |
nasir jurnalist |
Mükafatları |
Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur.
Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957–1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962–1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964–1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973–1978) işləmişdir.
Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir (1978–1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981–1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995–1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997–2001) işləmişdir.
Hazırda İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsində çalışır (2001-ci ildən). Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) seçilmişdir. ÜİLKGİ-nin XIX, XX qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan LKGİ MK-nın büro üzvü seçilmişdir (1982–1991).
Hazırda Azərbaycan Gənclər İttifaqının büro üzvüdür (1991-ci ildən). Azərbaycan gənclərinin rəsmi nümayəndə heyəti tərkibində keçmiş Yuqoslaviya Federativ Sosialist Respublikasında olmuşdur (1982). Avropa və Şərq ölkələrinə rəsmi səfərlər etmişdir (1980–1990).
Yusif Kərimov 15 oktyabr 2018-ci ildə vəfat etmişdir.[1]