Yusif Mirzə (1959, Sadınlar, Laçın rayonu) — Azərbaycan rəssamı.[1]
Yusif Mirzə | |
---|---|
Doğum tarixi | 1959 |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
1959-cu ildə Laçın rayonunun Sadınlar kəndində anadan olub. 1976-cı ildə Bakı Pedaqoji İnstitutunun Qrafika fakültəsinə daxil olub. 1981-ci ildə rəssamlıq fakültəsini bitirmişdir. 1981 – 1985-ci illərdə Laçın Xalq Teatrında rəssam işləmişdir.[2]
1987-ci ildə, Bakıda, "Ölkənin Gəncləri" adlı sərgidə, 1990-cı ildə Qazaxıstanda keçirilmiş "Xəzər – Dostluq Dənizidir" adlı sərgidə iştirak etmişdir.
1990-cı ildə Latviyanın Riqa şəhərində Bakı günləri çərçivəsində keçirilən sərgidə iştirak etmişdir. 1990-cı ildə Fransanın Nitsa şəhərində Azərbaycan rəssamlarının sərgisində iştirak etmişdir. 1991-ci ildə BƏƏ-də, Abu-Dabi şəhərində Azərbaycan rəssamlarının sərgisində iştirak etmişdir.
1994-cü ildə Britiş Petroleum tərəfindən İstanbulda təşkil edilmiş, Azərbaycan və Türkiyədən olan gənc rəssamların sərgisində iştirak etmişdir. 1996-cı ildə Ankarada, Novruz Festivalına həsr edilmiş Türkdilli ölkələrin rəssamlarının birgə sərgisində iştirak etmişdir.
1997-ci ildə Norveçdə, Oslo Mədəniyyət Mərkəzində keçirilən sərgidə iştirak etmişdir. 1998-ci ildə Şimali Kiprdə, Nikosiyada, Atatürk Kültür Mərkəzində keçirilən sərgidə iştirak etmişdir.
Onun işləri ABŞ, İngiltərə, Almaniya, Finlandiya, Norveç, İsveç, Türkiyə, İran, Kipr, Latviya və digər ölkələrdə özəl kolleksiyalarda yer almışdır.
Müxtəlif üslublarda işlənmiş rəsm əsərləri dünyanın 20-dən artıq ölkəsində çeşidli qalereyalarda sərgilənib.
Məşhur norveçli səyyah Tur Heyerdal Azərbaycana səfəri zamanı Yusif Mirzənin rəsmləri ilə tanış olub, rəssamın yaradıcılığını yüksək qiymətləndirib, öz şəxsi muzeyi üçün müəllifin bir neçə əsərini satın alıb.
Yusif Mirzə hal-hazırda Bakı şəhərində yaşayır.[3]