Yusif Bərxudar oğlu Nağıyev (1 yanvar 1996, Əyricə, Bərdə, Azərbaycan — 21 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Yusif Nağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əyricə, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Yusif Bərxudar oğlu Nağıyev 1 yanvar 1996-cı ildə Bərdə rayonunun Əyricə kəndində anadan olub. 2002-2013-cü illərdə həmin kəndin E.Abdullayev adına tam orta məktəbində oxuyub. 2014-cü il yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin aprel ayından N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət keçib. 2016-cı il Aprel döyüşlərində iştirak edib.
27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Murovdağ və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib, döyüş meydanından şəhid və yaralıların çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin ələ keçirilməsində və düşmənin əks-həmlələrinin qarşısının alınmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Hadrut-Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi tapşırıq yerinə yetirərkən şəhid olub. Doğulduğu Əyricə kəndində dəfn edilib.[2]
Ailəli idi bir övladı var.