Yusif Rüstəmov

Yusif İman oğlu Rüstəmov - Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Universitetinin prorektoru (2000-2003), Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, Fəlsəfə Dissertasiya Şurasının sədri, Fəlsəfə, politologiya və sosialogiya elmləri üzrə Respublika Problem Şurasının sədri, öz təşəbbüsü ilə təsis etdiyi Fəlsəfə Cəmiyyətinin prezidenti, "Fəlsəfə", "Elmi əsərlər", "Qərb-Şərq sivilizasiyalarının dialoqu" jurnallarının baş redaktoru.

Yusif Rüstəmov
Yusif İman oğlu Rüstəmov
Doğum tarixi
Doğum yeri Qazax rayonu
Vəfat tarixi
Dəfn yeri Bakı şəhəri
Həyat yoldaşı Zenfira Rüstəmova
Uşağı Gülsüm Rüstəmova
Atası İman
Elm sahələri Fəlsəfə,hüquq,sosiologiya
Elmi dərəcəsi Fəlsəfə elmləri doktoru
Elmi adı Professor

Yusif İman oğlu Rüstəmov 1932-ci il dekabrın 29-da Qazax şəhərində doğulmuşdur.1954-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini fəlsəfə ixtisası üzrə bitirmişdir. (1964-cü ildən 1974-cü ilədək) Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışmışdır. Y.Rüstəmov 1973-cü ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini, 1977-ci ildə isə professor elmi rütbəsini almışdır. Y.Rüstəmov 1974-2003-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (hazırda Bakı Slavyan Universiteti) kafedra müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda da 2000-2003-cü illərdə özəl əsaslarla fəaliyyət göstərən Azərbaycan Universitetinin prorektoru vəzifəsində fəaliyyət göstərmişdir. Professor Y.Rüstəmov 2003-cü ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru təyin edilmişdir.[1].

Elmi əsərlərindən özünəməxsus diqqətəlayiq yer tutan kitablarından biri 2005-ci ildə nəşr etdirdiyi "Türk fikir tarixi haqqında mülahizələr"dir. Kitab müəllifin müxtəlif illərdə qələmə aldığı və ayrı-ayrı kitab və jurnallarda dərc olunan yazıları əsasında tərtib edilmişdir.

15 il Dissertasiya Şurasının üzvü, 3 il isə həmin şuranın sədri olmuşdur. 10 il AAK-nın Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Fəlsəfə, politologiya və sosialogiya elmləri üzrə Respublika Problem Şurasının sədri olmuşdur. Filosof eyni zamanda bir sıra elmi şuraların üzvü olmuşdur.

Yüsif Rüstəmov 20-dən çox elmi monoqrafiyanın elmi redaktoru olmuş, onlara rəy vermişdir. "Fəlsəfə", "Elmi əsərlər", "Qərb-Şərq sivilizasiyalarının dialoqu" jurnallarının baş redaktoru, ölkəmizdə öz təşəbbüsü ilə təsis etdiyi Fəlsəfə Cəmiyyətinin prezidenti olmuşdur. Azərbaycan Milli Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur. Y.Rüstəmovun rəhbərlik etdiyi Filosoflar Cəmiyyəti YUNESKO-nun Beynəlxalq Fəlsəfə Cəmiyyətinə üzv qəbul edilmişdir.[1].

Fəlsəfə sahəsi

-İslam və müasir Türkiyənin ictimai fikri.(rus dilində) 1980.
-Karl Marks -inqilabi fikir dühası. 1988
-Fəlsəfə tarixi (dərs vəsaiti ,rus dilində) 1994
-Fəlsəfə (mühazirə kursu,rus dilində) 1998
-Türkiyənin sosial-siyasi və fəlsəfi fikirinin bəzi problemləri.2005
-Türk fikir tarixi haqqında mülahizələr. 2005
-Mövlanə Cəlaləddin Ruminin sufilik fəlsəfəsi.2002. Təkrar nəşr.2006.
-Fəlsəfənin əsasları (azərbaycan və rus dilində) 2004. Təkrar nəşr 2007.
-Əbu Nəfs Ömər Suhrəverdinin təssəvür fəlsəfəsi.2005
-Səid Nursinin dünyagörüşü. 2006 
 

Hüquq sahəsi

-Siyasi-Hüquqi təlimlər tarixi.2000. 
-Sosial-siyasi və Hüquqi təlimlər tarixi.2007

Sosial-siyasi elmlər sahəsi

-Müasir Türk burjua sosialogiyası.1967
-Beynəlxalq münasibətlər sistemində ABŞ-nin rolu(azərbaycan və rus dilində,2005)
-Tarix-zaman daxilində insan reallığıdır. 2005.
-Sivilizasiyanın qarışılıqlı münasibəti. 2007.
-Tarix lokal svilizasiyaların qarışılıqlı münasibət kimi. 2008
-Svilizasiyaların qarışılıqlı münasibət konteksində Amerika milli identikliyi.2009
-Avropa və ümümdünya tarixi.2015
-ABŞ və qlobal liderlik.
-Tarix-vahid ardıcıl təkamül prosesləri kimi. 2015
  1. 1 2 "Arxivlənmiş surət". 2017-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-03.