Yusif Məhəmməd oğlu Süleymanov (1922-1999) — BVM-iştirakçısı.
Yusif Süleymanov | |
---|---|
Yusif Məhəmməd oğlu Süleymanov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Mükafatları |
Yusif Məhəmməd oğlu Süleymanov 1922-ci ilin avqust ayında keçmiş Karyagin (İndiki Füzuli) rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1930-cu ildə həmin kənddə orta məktəbin birinci sinfinə gedib. İlk müəllimi Azərbaycanın tanınmış yazıçısı İlyas Əfəndiyev olub. 1938-ci ildə Y.Süleymanovun atası Məhəmməd kişi repressiyaya məruz qalıb. Həmin ildən dəmir yolunda çalışmağa başlayan Y.Süleymanov 1941-ci ilin noyabr ayında cəbhəyə yollanıb. Yusifin xidmət etdiyi hərbi hissə əvvəlcə Uzaq Şərqə Xasan gölü ətrafına, daha sonra Sovet-Alman cəbhəsinə dislokasiya olunub. Moskva ətrafından başlayan döyüş yolu Avstriyanın Qrads şəhərinədək davam edib.
"Qırmızı Bayraq" ordenli 202-ci motaatıcı diviziyanın tərkibində Y.Süleymanov Kursk, Orlov, Korsun-Şevçenko, Yassı-Kişinyov əməliyyatlarında, Kiyevin, Jitomrin, Budapeştin azad edilməsi döyüşlərində, Dnepr, Dnestr, Prut, Buq və Dunay çaylarının keçilməsində fərdi qəhrəmanlaqlar göstərərək müxtəlif orden və medallarla təltif olunub. Yusif Süleymanova iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi barədə ordu komandanlığı tərəfindən təqdimat verilsə də, naməlum səbəblərdən bu adın verilməsi baş tutmayıb. Yusif Süleymanova döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Stalin tərəfindən verilmiş 13 və marşal Tolbuxin tərəfindən verilmiş 1 Təşəkkür, habelə onun əsgər bileti və digər sənədlər bu gün Korsun-Şevçenko Tarix Muzeyində saxlanılır.
"Mənim bir Yusif əmimi də vardı. O müharibədə iştirak eləyib sağ-salamat qayıdıb gəlmişdi. O qədər orden və medalı vardı ki, pencəyinin sinəsində orden medalı taxmağa yer tapmazdı. Biz də uşaq vaxtı yığılardıq Yusif əmimin başına və o da müharibədən danışardı. Hər il 9 Mayda keçirilən görüşdə mütləq Yusif əmim orden və medalını sinəsinə taxıb məktəbdə keçirilən tədbirə gələrdi. Hamı da qibtə ilə ona baxardı. Hətta Ukraynanın Livov şəhərindən "qırımızı ləpirçilər" gəlib Yusif əmimi kəndimizdə tapmışdılar. Onu Liovov şəhərinə aparıb xilasakarları kimi bir küçəni də Yusif Süleymanovun adına vermişdilər. Livovdan kəndimizə gələnlər arasında müharibəni görmüş kişilər və qadınlar da vardı. Onlar Yusif əmimi duz kimi yalayıb deyirdilər ki, bu kişi üç qadını və beş uşağı almanların gizlətdiyi zindandan oğurlayıb, sağ-salamat gətirib bizə təhvil vermişdi. Əgər bu kişi olmasaydı nə o üç qadın varıydı, nə o beş uşaq. Bax müharibədə mənim Yusif əmim belə bir qəhrəmanlıq göstərmişdi. Bir dəfə də onu əsgər yoldaşı ilə su dalınca göndərirlər, ancaq onlar almanların mühasirəsinə düşür. Bir neçə dəqiqə çəkən atışma nəticəsində yanındakı dostu ağır yaralanır. Yusif əmim bilmir ki, dostunu xilas eləsin, yoxsa gətirdiyi qabı su ilə doldursun. Onlara atəş açan hər iki almanı arxadan elə yerindəcə xəncəri ilə vurub öldürür. Sonra da qabı su ilə doldurur və yaralı yoldaşını atəş altından çıxarıb öz mövqeyimizə aprır. Bax indi siz deyin, bu cür kişilərin qəhrəmanlığını unutmaq olar?"2
Almaniyanın məğlubiyyətindən sonra Yusif Süleymanovun xidmət etdiyi diviziya yenidən Sovet-Yapon cəbhəsinə dislokasiya olunub. Ordudan 1946-cı ildə tərxis olunan Yusif Süleymanov müharibədən sonra yenidən dəmir yolunda çalışıb. Qazaxıstanda dəmir yolu çəkilişində briqada rəhbəri olub və əməyinə görə orden və medallarla təltif olunub. Müharibədən sonra onun haqqında Ukrayna və Moldovada bir neçə kitab nəşr olunub. Bir çox bədii əsərlərdə onun qəhrəmanlıqları xatırlanıb. Ukraynanın faşistlərdən azad olunmasında göstərdiyi qəhrəmanlıqlar qiymətləndirilərək 1972-ci ildə Yusif Məhəmməd oğlu Süleymanov Ukrayna Respublikasının Fəxri Vətəndaşı elan olunub. Kaments-Podolsk rayonunda bir küçəyə Yusif Süleymanovun adı verilib.
Yusif Süleymanov 1999-cu ildə doğulduğu Böyük Bəhmənli kəndində vəfat edib.