Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 51 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yusif Əbdüləhəd oğlu Yüzbəyov — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor.
Yusif Yüzbəyov | |
---|---|
Yusif Əbdüləhəd oğlu Yüzbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Qusar, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Moskva Kimya Texnologiya İnstitutu |
Yusif Əbdüləhəd oğlu Yüzbəyov 1944-cü il aprelin 8-də Qusar rayonunda kəndli ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhəri 150 saylı orta məktəbə daxil olmuş, 1960-cı ildə oranı bitirmişdir. 1961-1963-cü illərdə Bakı Soyuducular zavodunda işləmişdir. 1963-cü ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutuna qəbul olunmuş, 1968-ci ildə isə oranı bitirərək “Elektrokimya istehsalı” üzrə mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1968-1970-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1970-1971-ci illərdə yenidən Bakı Soyuducular zavodunda işləmişdir.
1971-1974-cü illərdə SSRİ Elmlər Akademiyası Elektrokimya İnstitutunun (EKİ) aspiranturasında oxumuşdur. 1974-1994-cü illər Azərbaycan EA Polimer Materialları İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1994-cü ildən ömrünün sonuna kimi Azərbaycan Sənaye İnstitutunda “Ətraf mühitin mühəndis mühafizəsi” kafedrasına rəhbərlik etmişdir. 1974-cü ildə SSRİ EA EKİ-nin Elmi Şurasında “İkiqat elektrik təbəqəsinin yeni üsulları” mövzusunda namizədlik, 1991-ci ildə isə D.İ.Mendeleyev adına MKTİ-nin Elmi Şurasında “Qatı xlorid turşusunun elektroliz üsulu ilə utilizasiya edilməsilə xlorüzvi məhsulların alınması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə professor elmi adını almışdır. Professor Y.Ə.Yüzbəyovun əsas elmi istiqaməti xlorüzvi birləşmələrin elektrokimyəvi sintezinə həsr edilmişdir. Onun tərəfindən aparılan sistemli elmi-tədqiqatlara əsasən, elektroliz üsulu ilə abqaz xlorid turşusu ilə alifatik və aromatik birləşmələr, olefinlər, aldehid və üzvi turşuların ərəyana görə yüksək cçıxıma-90-95% malik xlorlaşdırma prosesi işlənib hazırlanmışdır. Alınmış nəticələrə əsasən təcrübi-istehsalat, istehsalat elektrolizyorlar layihələşdirilib Sumqayıt “Üzvi sintez” zavodunda sınaqdan keçirilmişdir. RF-nin Şelkov şəhərinin “Vitamin” zavodunda 1,1,3-trixloraseton alınması elektrolizyorunun layihəsi verilmişdir. Bu elektrolizyorlar uzun müddət sınaqdan keçirilmişdir. Həmçinin, onun tərəfindən iqtisadi cəhətdən səmərəli və mexaniki dayanıqlı elektrodun seçilməsi məqsədi ilə bütün elmi-tədqiqat prosesləri üçün polyaroqrafik üsuldan istifadə edilmişdir. Onun yuxarıda qeyd edilən istiqamətdə apardığı elmi-tədqiqatların nəticələri 2 monoqrafiya, 2 dərs vəsaitində, 76 elmi əsərdə və 8 müəlliflik şəhadətnaməsində oz əksini tapmışdır. O, 4 elmlər namizədi hazırlamışdır. Professor Y.Ə.Yüzbəyov dəfələrlə Beynəlxalq və Ümumittifaq simpozium və konfranslarda, o cümlədən Praqa şəhərində Qeyrovskiyə həsr olunmuş Elektrokimya simpoziumunda, Amoko, Statoyl şirkətlərinintəşkil etdiyi “Ekologiya, energetika, iqtisadiyyat” üzrə simpoziumlarda (1994,1996), MDB ölkələrində “Üzvi birləşmələrin elektrokimyası” konfransları (1974-1996), XII və XIII Mendeleyev qurultayları (1981,1985) xlorüzvi məhsulları istehsalatının nəzəri əsaslarının müasir vəziyyəti və inkişaf perspektivliyi (Bakı, 1978,1982,1985) və I Ümumittifaq “Maye fazalı materiallar” konfransında (İvanovo, 1990) iştirak etmişdir. Professor Y.Ə.Yüzbəyov 2003-cü il iyulun 13-də vəfat etmişdir.