Yusif Yusibov (tam adı: Yusif Əmiralı oğlu Yusibov) — kimya elmləri doktoru, professor, Gəncə Dövlət Universitetinin rektoru (7 mart 2014-cü ildən).[1]
Yusif Yusibov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qırmızı Samux, Samux rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Əmiralı Yusibov |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adları |
rektor professor |
İş yeri | Gəncə Dövlət Universiteti |
Təhsili |
Bakı Dövlət Universiteti SSRİ EA Üzvi kimya İnstitutu |
Mükafatları |
20 aprel 1951-ci ildə Samux rayonunun Qırmızı Samux kəndində anadan olmuşdur.[2]
1973-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə, 1973–1976-cı illərdə SSRİ EA Üzvi kimya İnstitutunda aspiranturanı bitirmişdir.
1978-ci ildə SSRİ EA Üzvi kimya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ildə dosent elmi adı almışdır. 1993-cü ildə AMEA-nın Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-ci ildə professor elmi adı almışdır.[2]
"Ümumi kimya", "Qeyri-üzvi kimya", "Fıziki-kimyəvi analiz", "Qeyri-üzvi materialşünaslıq", "Faza tarazlıqlarının termodinamikası" və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir. 2 elmlər namizədi yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir. 20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.[2]
50-dən artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.
Tədqiqatının əsas predmeti çoxfazalı çoxkomponentli qeyri-üzvi sistemlərin kimyası, fıziki-kimyəvi analizi və termodinamikası, kimyəvi materialşünaslıq, qeyri -üzvi funksional materiallardır.
Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.[1]
1976–1981-ci illərdə Moskva şəhərində N. D. Zelinski adına Üzvi kimya İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1981–1986-cı illərdə Gəncə şəhərində AKTİ-də assistent vəzifəsində çalımşışdır. 1986-cı ildə dosent vəzifəsinə keçmişdir. 1995-ci ilə qədər bu vəzifədə qalmışdır. 1995-ci ildə professor olmuşdur. 1996-cı ildə Kimya kafedrasının müdiri təyin edilmişdir. 1997–2011-ci illərdə BDU-da professor vəzifəsində çalışmışdır. 2011-ci ildən Gəncə Dövlət Universitetində tədris işləri üzrə prorektor təyin edilmişdir. 2014-cü ildən Gəncə Dövlət Universitetinin rektorudur.[3]