Yusteyn Qorder (8 avqust 1952) Norveçli ziyalı, bir neçə roman, hekayə və uşaq kitablarının müəllifi. Qorder, adətən, uşaqların gələcəyə baxışından, dünyanı qavramasından yazır. O, əsərlərində tez-tez hekayə içərisində hekayə üsulundan istifadə edir.
Yusteyn Qorder | |
---|---|
Jostein Gaarder | |
Doğum tarixi | |
Doğum yeri | Oslo, Norveç |
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | müəllim, romançı, filosof, uşaq ədəbiyyatı yazıçısı, ssenarist, şair |
Fəaliyyət illəri | 1986-cı ildən |
Əsərlərinin dili | Norveç dili |
Janrlar | Uşaq ədəbiyyatı, elmi-fantastika |
Tanınmış əsərləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qorder pedaqoq ailəsində doğulmuşdur. Anası İnqer Marqarit Qorder müəllim idi və uşaq kitabları yazarı idi. Atası Knut Qorder Osloda kollec direktoru işləyirdi. 1971-ci ildə Oslo Kilsə Məktəbini bitirdi. 1974-cü ildə evləndi. 1976 və 1983-cü illərdə 2 oğlu dünyaya gəldi. 1976-cı ildə Oslo Universitetində Skandinaviya dilləri, fəlsəfə tarixi və din tarixi fakültələrini oxuyub.
Onun ən məşhur əsəri "Sofinin dünyası" (Fəlsəfə tarixi haqqında roman) romanıdır. Bu populyar roman 53 dilə tərcümə olunmuş, 3 milyondan çox tirajla çap olunmuşdur. 1997-ci ildə o, həyat yoldaşı Siri Dannviq ilə birlikdə "Sofi mükafatı"nın əsasını qoyur. Bu mükafat beynəlxalq mühiti əhatə edir və hər il təltif olunur (100.000 ABŞ dolları). Mükafat adını romandan götürmüşdür.