Yusts Sirmays

Yusts Sirmays (latış. Justs Sirmais‎; d. 6 fevral 1995, Kekava, Latviya) və ya sadəcə YustsLatviya müğənnisi. O, Latviyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Yusts Sirmays
latış. Justs Sirmais
Yusts 2016-cı ildə
Yusts 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adı Yusts Sirmays
latış. Justs Sirmais
Doğum tarixi (29 yaş)
Doğum yeri Kekava, Latviya
Vətəndaşlığı  Latviya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aparıcı
Fəaliyyət illəri 2015–h.h.
Janr
Musiqi aləti vokal
Səs tembri tenor
Əlaqəsi Aminata Savadoqo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Yusts Sirmays 6 fevral 1995-ci ildə Latviyanın Kekava şəhərində anadan olmuşdur. O, 1 nömrəli Riqa Dövlət gimnaziyasında təhsil almışdır. Yusts öz musiqi karyerasını Riqada küçə ifaçısı olaraq başlamışdır.

2016–hal-hazırda: 2016 Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin yanvar ayında Latviyanın LTV telekanalı Yustsun 2016 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil edilən milli seçim turunun iştirakçılarından biri olduğunu təsdiqləmişdir. Onun yarışmada ifa etdiyi "Heartbeat" mahnısı Latviyaya 2015 Avroviziya Mahnı Müsabiqəsində 6-cı yeri qazandıran Aminata Savadoqo tərəfindən bəstələnmişdir. Seçim turunda həmin mahnı ilə qalib gələn Yusts Latviyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmək hüququ əldə etmişdir.[1]

Yusts müsabiqənin 12 may tarixində baş tutan ikinci yarımfinal mərhələsində 1-ci səhnə almışdır. Nəticədə isə 132 xalla 8-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdır. Finalda bir daha öz mahnısını ifa edən Yusts 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 132 xal toplayaraq, 15-ci yerdə qərarlaşmışdır. Avroviziya ərəfəsində ifaçının To Be Heard adlı mini-albomu işıq üzü görmüşdür.

2018-ci ilin aprel ayında Yusts "Here I Am" adlı debüt albomunu buraxır.

Mahnı adı İl
"Heartbeat" 2016
"Ko Tu Dari?"
"Kaut Mazliet"
"Message to You" 2017
"Are You There"
"Uz Palodzes" 2018
"Position in Here" (Makree feat. Justs)
"Anything Above" (Makree feat. Justs)
"Still Loving You" (with Nicky Miles & Olga Palushina) 2019
"Strangers" 2023
"Baltajos Palagos" 2024
  • 2016 "Heartbeat (Remixes)"
  • 2018 "Here I Am"
  1. "Justs to represent Latvia in 2016 with Heartbeat". Avropa Yayım İttifaqı. 28 fevral 2016. 2020-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-03.
Əvvəlki:
Aminata Savadoqo
"Love Injected"
Latviya Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Triana Park
"Line"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]