Yuxarı göl

Yuxarı göl (ing. Lake Superior) — Şimali Amerikada göl. Böyük göllər sistemində ən böyük və ən dərin göldür. Göllərin dünyada sahəsinə görə sıralamasıda ikinci yeri tutur. Göl həm də yerüstü ərazisinə görə dünyanın ən böyük 1-ci və həcminə görə 3-cü şirinsulu gölüdür.

Yuxarı göl
ing. Lake Superior
Yuxarı göldə Podkova körfəsi. Ontario, Kanada
Yuxarı göldə
Podkova körfəsi.
Ontario, Kanada
Ümumi məlumatlar
Mütləq hündürlüyü 183 m
Eni 257 km
Uzunluğu 563 km
Sahil uzunluğu 4385*
Sahəsi 82,7 min
Həcmi 12.100.000 hm³, 12.100 km³
Dərin yeri 406 m
Tökülən çay 200-dən çox qolu
Axan çay Sent-Meris çayı
Yerləşməsi
47°46′03″ şm. e. 87°22′16″ q. u.HGYO
Ölkələr
Yerləşməsi Ontario,
Minnesota
Viskonsin
Miçiqan
Yuxarı göl xəritədə
Yuxarı göl
Yuxarı göl
  • adalarla birlikdə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göl şimaldan Kanadanın sərhədində Ontario əyaləti, qərbdən və cənubdan isə ABŞ-nin Minnesota, Viskonsin və Miçiqan ştatları ilə əhatə olunub.

Hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Yuxarı göl bilavasitə Huron gölünə boşalır. Göl ərazisinə görə bölgədəki və dünyadakı ən böyük şirinsulu göl olmaqla yanaşı, su tutumuna görə Sibirdəki Baykal gölü və Şərqi Afrikadakı Tanqanika gölündən sonra 3-cü şirinsulu göldür.

Yuxarı göl sahəsinə görə dünyadakı göllər arasında Xəzərdən sonra ikinci yer tutur. Xəzər hal-hazırda təmamilə təcrid olunmuş halıyla şorsulu göllər siyahısına daxil olsa da tarixdən əvvəl dəfələrlə Aralıq dənizi ilə birləşmiş və yenidən Qara dəniz vasitəsilə təcrid olunmuşdur.
Yuxarı gölün sahəsi 83,103 km2-dir və bu da təxminən Cənubi Karolina və ya Avstriyanın ölçüsü qədərdir.[1] Maksimum uzunluğu 350 mil (563 km), maksimum genişliyi isə 160 mil (257 km)-dir.[2] Gölün orta dərinliyi 483 fut (147 m), maksimum dərinliyi isə 1,333 fut (406 m)-dir.[1][2][3] Yuxarı göl 12,100 km3 həcmində su tutumuna malikdir. Göldə Şimali və Cənubi Amerikanın bütün quru sahəsini 30 sm. dərinliyində örtmək üçün kifayət qədər su var. Gölün sahil xətləri adalar da daxil olmaqla 2,726 mil (4,387 km)-ə qədər uzanır.[1]

Gölün orta səviyyəsi dəniz səviyyəsindən 600 fut (183 m) yuxarıdır.[2][4] Təxminən 1887-ci ilə qədər Yuxarı göldəki su səviyyəsini buradakı ən böyük təbii su nəqli olan Müqəddəs Maris çayı müəyyənləşdirirdi. 1921-ci ildən etibarən nəqliyyat və hidroelektrik enerjisi sahəsindəki inkişaf Müqəddəs Maris çayı üzərindəki anbarlar, bəndlər və digər idarəetmə quruluşları ilə nəticələndi.Göldəki su səviyyəsini, o cümlədən Hudson hövzəsində suyun dəyişməsini, Beynəlxalq Birləşmiş Komissiya tərəfindən 1914-cü ildə qurulan Beynəlxalq Göl Üstün İdarəetmə Şurası tənzimləyir.

Yuxarı gölün su səviyyəsi 2007-ci ilin sentyabrında bundan əvvəlki, 1926-cı ildəki rekordan bir qədər də aşağı səviyyəyə düşərək rekor nəticədə aşağı nəticə göstərdi.[5] Su səviyyəsi bir neçə günə bərpa edildi.[6]

Gölün su səviyyəsi aydan-aya dəyişir. Oktyabr-Noyabr aylarında su ən yüksək səviyyədə olur. Gölün normal nisbi yüksəkliyi verilən nöqtədən 1.17 fut (0.36 m) yuxarıdır.[7] 1986-cı ilin qışında gölün səviyyəsi rokord göstəriciyə, 1.883 fut (0.574 m) nisbi yüksəkliyə çatdı.[7]

Gölün ən aşağı səviyyəsi mart və aprel aylarında baş verir. Bu zaman su 0.33 fut (0.10 m)-ə qədər aşağı düşür. 1926-cı ilin qışında göl ən aşağı qeydə alınan səviyyəyə 1.58 fut (0.48 m)-ə qədər düşdü.

Yuxarı göldəki ən böyük ada Miçiqan ştatındakı İsle Royaldır. İsle Royalda bir neçə göl daha var. Digər tanınmış adalara Viskonsin əyalətindəki Madelin adası, Ontario əyalətindəki Miçipicoten adası və Miçiqan əyalətindəki Qrand İsland adası daxildir.

  1. 1 2 3 "Great Lakes: Basic Information: Physical Facts". United States Environmental Protection Agency. May 25, 2011. October 29, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 9, 2011.
  2. 1 2 3 "Great Lakes Atlas: Factsheet #1". United States Environmental Protection Agency. April 11, 2011. February 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2011.
  3. Wright, John W., redaktorThe New York Times Almanac (2007). New York: Penguin Books. 2006. səh. 64. ISBN 0-14-303820-6.
  4. Minnesota Sea Grant. "Lake Superior". University of Minnesota. February 20, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2007.
  5. "Lake Superior Hits Record Lows". The Globe and Mail. Toronto. Associated Press. October 1, 2007. June 10, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2007.
  6. "Current Great Lakes Water Levels". Great Lakes Information Network. October 20, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 23, 2007.
  7. 1 2 Detroit District. Monthly Bulletin of Lake Levels for The Great Lakes. United States Army Corps of Engineers. September 2009.