Yuxu zamanı

[mənbə göstərin]

Yuxu zamanı – fərqli aləmdə varlığını davam edən, vaxtı ilə mədəni qəhrəman və metafizik varlıqlara ev olmuş fərqli Avstraliya mifologiyalarına xas olan özünəməxsus mifoloji eranın, yaradılış dövrünün təyinatı üçün istifadə edilən termin.

1938-ci ildə antropoloq A.P.Elkin tərəfindən təklif edilib və Uilyam Edvard Henli Stenner tərəfindən məşhurlaşdırılıb.

Ehtimal edilirdi ki, əslində “daimi”, “varlıqsız”[1] mənalarını daşıyan aranta dilindəki “alçerinqa” sözünün (alcheringa) yanlış tərcüməsidir. Bəzi ərazilərdə “yuxu zamanı” “Bayame zamanı” (Bayame – ali yaradan-ilah) adlanır[2].

“Yuxu” zamanı mifik qəhrəmanlar öz həyat dövrünü başa vuraraq, insanları, heyvanlarıbitkiləri canlandırıb, yerli landşaftı müəyyən və adətləri bərqərar edib[2]. Bu məcrada, ənənəvi olaraq, ingilis dilinə “yuxu” kimi tərcümə edilən söz (aranta – alçera, diyeri – mura-mura, pityantyatyara - tjukurpa) həmçinin bütün ruh varlıqların təyin edilməsi üçün istifadə edilir.

“Yuxu zamanı” haqda təsəvvür, demək olar ki, Avstraliyanın bütün aborigen xalqlarında mövcuddur[2]. 1980-ci illərdən başlayaraq “yuxu zamanı” obrazı kütlə mədəniyyəti və müasir (ing. “new age”) populyar[3] mifologiya baxımından yenidən gündəmə gətirilir. Qeyd edilirdi ki, tez-tez bu axınlarda bu anlayışın mənası təhrif olunurdu[4].

Mikaela di Leonardo bunda nəcib vəhşi haqda romantik təsəvvürlərin intibahını görür və müqayisə qismində hippi dövründə hindu mədəniyyətini gətirir[4].

  1. William Edward Hanley] Stanner himself noted "why the blackfellow thinks of 'dreaming' as the nearest equivalent in English is a puzzle." B. Kilborne, "On classifying dreams", in: Barbara Tedlock (ed.) Dreaming: Anthropological and Psychological Interpretations, 1987, p. 249. "eternal, uncreated": Tony Swain, Place for Strangers: Towards a History of Australian Aboriginal Being, Cambridge University Press, 1993, p. 21
  2. 1 2 3 Австралийская мифология. Мифы народов мира под редакцией С. Токарева, М.: Российская энциклопедия, 1994.
  3. Tony Swain, Place for Strangers: Towards a History of Australian Aboriginal Being, Cambridge University Press, 1993, p. 21
  4. 1 2 Micaela di Leonardo, Exotics at Home: Anthropologies, Others, and American Modernity, University of Chicago Press, 2000, p. 377 (note 42) ("Into the Crystal Dreamtime", promotional pamphlet, late 1980s; "Crystal Woman: Sisters of the Dreamtime" 1987; p. 36: "the prescriptive New Age genre, which sells one-hundred-proof ethnological antimodernism without overmuch worry about bothersome ethnographic facts"