Hippi — 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxs. Hippilərin narkotik maddələrdən istifadə, cinsi azadlıq və qadın hüquqları barədə özlərinəməxsus yanaşmaları var.
Hippi həyat tərzi, əslində, bugünkü mütləq rədd etmənin təməllərini atan bir hərəkatdır. Dünyanın bütün bitki, heyvan və insanlara aid olduğunu qəbul edən apolitik bir yanaşmadır. Özlərinə əsla sərhəd qoymayan, var olan bütün qaydaları rədd edən, komu həyatını müdafiə edən azad bir hərəkatdır. 1960-cı illərdə dövrün kommunist və faşist idealogiyalarına qarşı çıxan, azadlığın fərdin öz içində olduğunu müdafiə edən, lakin anarxist düşüncə tərzindən ayrılan, düşüncə formasının gerçək həyata çevrildiyi bir həyat tərzidir. Bundan əlavə, hippi tərzi müasir dövrdə moda cərəyanıdır.
Hippiliyi bir axın olaraq analiz edən psixoanalist Erik Fromm hippilyi gəlmiş-keçmiş ən təsirli hərəkat olaraq qəbul edir. Çünki "çiçək uşaqları" azad sevginin, sülhsevərliyin bütün tələblərini yerinə yetirərək, inandıqlarını yaşamaqdan heç bir zaman çəkinməmiş və ümumi əxlaqın bütün təzyiqlərinə qarşı çıxaraq, bu alternativ həyat tərzini davam etdirməyi bacarmışdılar.
Hippi sözü ABŞ-də 1960-cı illərin ortalarında meydana çıxmışdır. Hippiləri adətən "freaks" adlandırırlar; yəni "narkotik düşgünləri". Hippi sözü böyük ehtimalla hipsterin qısaldılması olan, zənci gettolarında yaşayan "hip"dən gəlmişdir. Hippilərin hər hansı bir siyasi partiya və ya hərəkatla əlaqələri yoxdur. Narkotik maddələr, musiqi və seks hippi mədəniyyətinin əsasını təşkil edir.
"Hippi" sözünün ortaya çıxdığı 1965-ci il ABŞ-Vyetnam müharibəsi dövrü ilə üst-üstə düşür və hippilər buna kəskin etiraz etmişdilər. Dünyaca məşhur boks çempionu Məhəmməd Əli Kley bu dövrdə mətbuat açıqlaması edərək, Vyetnam müharibəsini qınadığını və əsgərliyə getməyəcəyini söyləmişdi. O, bu hadisədən sonra 3 il müddətində rinqdən uzaqlaşdırılmışdı. Zənci inqilabçı lider Malkolm X öldürülmüş və zənci birliyinin başına Martin Lüter Kinq gələrək məşhur "Bir xəyalım var" nitqini söyləmişdi.
ABŞ-də sistemə zidd hərəkətləriylə ön plana çıxan hippi azad və digər antimilitarist axınlar meydana gəlmişdi. ABŞ-dəki 60-cı illər nəslinin ən əhəmiyyətli hərəkatı o zaman ABŞ-Vyetnam müharibəsinə qarşı olan hippilər idi. Bu dövrdə ABŞ-dəki gənclər orduya getmək istəmirdilər. Kənd təsərrüfatı yerinə yığıcılıq və bağçılıqla məşğul olaraq, ümumiyyətlə veqan-vegetarian bəslənərək yaşayırdılar.
1960-1975-ci illərdə Azərbaycanda da bu cür fikirli insanlar meydana gəlməyə başlamışdı. Bu haqda çox az məlumat var, çünki o dövrlərdə kommunist ölkə olduğumuza görə bu tip idealogiyalar qəbul edilmirdi və belə fikirli insanlar gizlicə aradan götürülürdü. Hal-hazırda Azərbaycanda hippi hərəkatı da qızıl illərini yaşamaqdadır. Xüsusilə, təbiətlə iç-içə həyat tərzini, sevgini və sülhü sevən insanlar əvvəl-axır mütləq bu hərəkata meyl göstərməkdədirlər.