Yyldyz Hotel (türkm. Ýyldyz oteli) — Türkmənistanın Aşqabad şəhərində yerləşən lüks mehmanxanadır. Bouygues şirkəti tərəfindən 2013-cü ildə tikilmiş, 155 otaqdan ibarət oteldir. Otel 24 mərtəbəlidir və 107 metr hündürlükdə yerləşmişdir.[1][2]
Yyldyz Hotel | |
---|---|
| |
Ümumi məlumatlar | |
Status | Təsdiqləndi |
Növü | Otel |
Yerləşmə | Aşqabad, Türkmənistan |
Ölkə | |
Koordinatlar | 37°55′46″ şm. e. 58°20′00″ ş. u. |
Tikintisinin başlaması | 2011 |
Tamamlanıb | 2013 |
Açılma | 15.10.2013 |
Hündürlük | |
Memarlıq | 107 m |
Texniki detallar | |
Mərtəbə sayı | 24 |
Dizayn və konstruksiya | |
Struktural mühəndis | Bouygues |
Veb-sayt | |
yyldyzhotel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Çoxmərtəbəli otelin tikitisində təxminən yeddi min ton polad və 14,000 mindən kvadratmetrdən çox şüşə istifadə edilmişdir. Binanın forması göz yaşı damcısına bənzəyir. Ümumi sahəsi 50,620 kvadratmetrdir. Onun ətrafındakı torpaqların təxminən 85,000 kvadrat metr sahəsi var. Bütün strukturu yüksək seysmik davamlılığa malikdir.[3]
Oteldə 155 nömrə, o cümlədən prezident, lüks və standart otaqlar mövcuddur.[4]
1-ci mərtəbədə 1000 nəfərlik böyük banket zalı var.
VİP mənzillər 14-cü mərtəbədə yerləşir.
18-ci mərtəbədə 600 yerlik panoramalı restoranı yerləşmişdir.