Zöhrəvi xəstəliklər, bəzən cinsi yolla keçən xəstəliklər (CYBX) kimi qeyd olunur — cinsi fəaliyyət, xüsusən vaginal əlaqə, anal seks və oral seks yolu ilə keçən infeksiya.[1][2] Bu cür xəstəliklər başlanğıcda simptomlara səbəb olmur, bu da infeksiyanın başqalarına keçmə ehtimalını artırır.[3][4] CYBX-ın simptomlarına və əlamətlərinə vaginal axıntı, penis boşalması, cinsiyyət orqanlarında və ya ətrafında yaralar və çanaq ağrısı daxildir.
Otuzdan çox müxtəlif bakteriya, virus və parazit cinsi fəaliyyətlə yoluxa bilər. Bakterial CYBX-lərə xlamidiya, qonoreya və sifilis daxildir. Viruslu CYBX-lərə genital herpes, İİV-infeksiyası və cinsiyyət orqanlarının siğilləri daxildir. Parazitik CYBX-lərə trixomonoz daxildir. Bəzi CYBX-lər donor toxuması, qan, doğuş zamanı və ya ana südü yolu ilə yayıla bilər.[1]
CYBX-lərin qarşısını almağın ən təsirli yolu cinsi əlaqədə olmamaqdır. Bəzi vaksinasiyalar, hepatit B və bəzi HPV növləri daxil olmaqla, infeksiyaların riskini azalda bilər.[5] Əksər zöhrəvi xəstəlikləri tam sağaltmaq və ya müalicə etmək olur. İnfeksiyalardan sifilis, qonoreya, xlamidiya və trixomoniazı tam sağaltmaq olar. Herpes, hepatit B, QİÇS və HPV sağalmasa da, müalicə edilir.[1] Qonoreya kimi bəzi orqanizmlər müəyyən antibiotiklərə qarşı müqavimət göstərə bilər.[6]