Zübeydə Bəyim Səfəvi və ya Zübeydə Bəgüm (d. Səfəvi imperiyası, XVI əsr - ö. 1632, Səfəvi imperiyası) - Səfəvi şahzadələrindən biri və I Abbasın (1587-1629) qızı.
Zübeydə Bəyim Səfəvi | |
---|---|
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Səfəvi imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Səfəvi imperiyası |
Vəfat səbəbi | Bəzi iddialara görə edam edilmişdir. |
Atası | I Abbas |
Anası Fəxricahan Bəyimdir. Fəxricahan Bəyim Kartli çarı VII Baqrat ilə kraliça Kaxetili Annanın qızıdır.[1][2][3] V Səfəvi şahı olan I Abbasın qızı olan Zübeydə Bəyim I Abbasdan sonra VI Səfəvi şahı olan I Səfinin də bibisidir. Qardaşının oğlunun hakimiyyəti dövründə siyasi işlərlə məşğul olmuş, I Səfinin taxta çıxması hadisəsində rol oynamışdır. Sonrakı dövrdə siyasətə aktiv şəkildə müdaxilə etməsi oğlanlarının I Səfi tərəfindən edam edilməsinə səbəb olmuşdur.[4] Səfəvi sülaləsndən olan və dövlətdə yüksək vəzifələrdə xidmət edən İsa xan Səfəvi ilə evlənmiş və bir qızı olmuşdur. 20 fevral 1632-ci ildə öldürülmüşd və ya ölmüşdür.[5]