Züleyxa İsmayılova və ya Zuzu[3] (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri.
Züleyxa İsmayılova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1985 (39 yaş) |
Doğum yeri | |
Partiya |
Sosial-demokrat partiyası[2] (2005-2012) Estoniya Yaşılları (2015- 2022)[2] |
Fəaliyyəti | jurnalist, siyasətçi, ətraf mühit fəalı |
Uşağı | 3[1] |
izmailova.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib.[2][4][5] Bu partiyaya 2015-ci ildə üzv olub.[2] Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi.[2] 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib.[6] 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib.[7]
İsmayılovanın atası azərbaycanlı, anası isə estondur.[2] O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb.[6] İki qız övladı var.[1] Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.[6]
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |