Zülfüqar Şahsevənli

Qarayev Zülfüqar Qubad oğlu — şair, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalisthr Birliyinin üzvü (1983).

ZÜLFÜQAR QARAYEV
Doğum tarixi (73 yaş)
Doğum yeri Şahsevən, Beyləqan rayonu, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı

Zülfüqar Şahsevənli 1950-ci il 25 dekabrda Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Burada Gəray Əsədov adına kənd orta məktəbini bitirmişdir (1969). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1973-1978). "Gənclik" nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor işləmişdir (1979-1999). "Günay" qəzeti redaksiyasında baş redaktor, baş direktor vəzifəsində çalışmışdır (1999-2001).

Bədii yaradıcılığa erkən başlamışdır. İlk "Çinar" şeri "Yüksəliş" rayon qəzetində, "Şahsevənə yolun düşsə" şeri isə "Bakı" axşam qəzetində 1969-cu ildə dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir."«Çinar pöhrələri" (1979), "Yaşıl budaqlar" (1981), "Bir bayraq altında" (1982), "Gənc istedadlar" (1984), "Dünyamız ağ göyərçin" (1984) və sair toplularda şeirləri çap edilmişdir.

Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Rus, Ukrayna, kabardin-balkar, tacik və özbək ədəbiyyatından seçmə nümunələri doğma dilimizə çevirmişdir. Azərbaycan televiziyasında məktəblilər üçün "Kitab evi" verilişinin aparıcısı və ssenari müəllifi olmuşdur (1986-1988). Azərbaycan LKGİ MK-nın Fəxri fərmanına layiq görülmüşdür (1984).

  • 1.Kimsə tutub gəlir işığımızı. Bakı: Yazıçı, 1985, 54 səh.
  • 2.Təbriz qatarı. Bakı: Gənclik, 1988, 88 səh.
  • 3.Tənha qadın. Bakı: Şirvannəşr, 1997, 260 səh.
  • 4.Üzü sabahlara. Bakı: Şirvannəşr, 1998, 280 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(ruscadan)

  • 1. Ubeyd Rəcəb. Sehrli çəkmələr. Bakı: Gənclik, 1984, 68 səh.