Zülfüqar Zülfüqarov

Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu (3 dekabr 1913, Nuxa rayonu9 iyul 1992, Bakı) — Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor.

Zülfüqar Zülfüqarov
Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov
Doğum tarixi
Doğum yeri Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Hüseynqulu
Elm sahəsi kimya
Elmi dərəcəsi Kimya elmləri doktoru
Elmi adı Professor
İş yerləri Qeyri-üzvi və Fiziki Kimya İnstitutu
Təhsili Bakı Sənaye Universiteti
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1978
  • 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. Onun uşaqlığı, məktəb illəri və gəncliyi də Şəkidə keçmişdir.
  • 1916-ci ildə atası vəfat etdikdən sonra o, iki qardaşı və bacısı ilə anasının himayəsində qalmışdır.
  • 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib.
  • 1938-ci ildə SSSRİ EA-nın Azərbaycan filialının kimya institutunda aspirant olmuşdur.
  • 1939-cu ildən SSRİ EA-nın Azərbaycan Filialının Kimya institutunun fiziki kimya Labaratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. Daha sonralar Azərbaycan EA-nın qərarı ilə fiziki-kimya ixtisası üzrə "baş elmi işçi" adı təsdiq edilmişdir və labaratoriyanın rəhbəri seçilmişdir.
  • 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını alıb, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
  • 1958-ci ildə SSRİ AAK-nın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsi təsdiq edilmişdir. Azərbaycan Kimya jurnalı redaksiya heyətinin üzvü olub.
  • 1968–1970-ci illərdə Azəbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1970–1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1983-cü ildən ömrünün axırına kimi QÜFKİ-də laboratoriya müdiri olub.
  • Vəfatından sonra onun adı həyatı boyu sevdiyi gözəl vətəni — Şəki şəhərində yeni salınmış küçəyə verilmiş, əbədiləşdirilmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Z.Zülfüqarovun elmi fəaliyyəti respublikada güclü potensial ehtiyatlara malik olan mineral xammalın — alümosilikatların, seolitlərin, bentonit gil minerallarının və digər mürəkkəb oksid sistemlərin neft fraksiyalarının emalında katalizator və adsorbent kimi işlənilməsi istiqamətinə yönəlib. Bu tip katalizator və adsorbentlərin hazırlanma şəraitinin təkmilləşdirilməsi nəticəsində alim onların fiziki-kimyəvi xassələri, səthlərinin kimyəvi təbiəti ilə katalitik və uduculuq qabiliyyətləri arasındakı qarşılıqlı əlaqənin təbiətini öyrənmiş, konkret korrelyasiya qanunauyğunluqlarını aşkar etmişdir. Alimin əldə etdiyi elmi nəticələr onun "Krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri", "Azərbaycan bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyətlərinin tədqiqi", "Modifikasiya olunmuş Y-tipli seolitlər əsasında heterogenləşdirilmiş katalizatorlar" və bir çox başqa əsərlərində öz əksini tapıb.[1]

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • 1962-ci il Moskvada sənaye prosesləri üçün katalizatorların seçilməsi və hazırlanmasına həsr edilmiş ümumittifaq müşavirəsinin iştirakçısı.
  • 1960-cı il Makromolekulyar kimya sahəsində simpozium.
  • 1964-cü ildə III kataliz konqresinin iştirakçısı (Amsterdam).
  • 1967-ci ildə "Qeyri-üzvi və fiziki-kimya sahəsində tədqiqatlar və onların kimya sənayesində rolu" konfransı.
  • 1967–1969-cu illərdə Ümumittifaq IV heterogen Kataliz konqresinin iştirakçısı (Moskva).
  • 1973-cü ildə "Oksidləşmə heterogen kataliz"ə həsr edilmiş elmi konfransda təşkilat komitəsinin üzvü.
  • "Elmin tarixi" IV Qafkaz konfransı.
  • 1975-ci ildə "Mechanisms of hydrocarbon reactions"(Siofok, Hungery, Budapest) simpoziumu.
  • 1976-cı ildə II Qafqaz konfransı.
  • 1979-cu ildə Neft kimyasının aktual problemlərinə həsr edilmiş İkinci Ümumittifaq seminarı.
  • 1980-ci ildə "Yod və bromun kimya və texnologiyası ümumittifaq müşavirəsində (Aşqabad) iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
  • 1980-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə dördüncü Qafkaz konfrası.
  • 1981-ci ildə BVM iştirakçısı vəsiqəsini (№484560) almışdır.
  • 1981-ci ildə "Seolitlərin katalizdə tətbiqi" İkinci Ümumittifaq konfransı.
  • 1982-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə Beşinci Qafqaz konfransında təşkilat komissiyasının sədri.(Bakı).
  • 1984-cü ildə "Qazların katalitik Üsulla kükürdsüzləşdirilməsi" İkinci Ümumittifaq müşavirəsi.
  • 1985-ci ildə "Seolitlərin katalizdə tətbiqi" Üçüncü Ümumittifaq konfransı.(Moskva);
  • 1985-ci ildə "Təbii seolitlər" dördüncü Bolqar-Sovet simpoziumu.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 monoqrafiyanın müəllifidir. Z.Zülfüqarovun rəhbərliyi ilə 7 elmlər doktoru, 47 fəlsəfə doktoru yetişdirilib.

Z.Zülfüqarov II dərəcəli Vətən Müharibəsi ordeni və 16 müxtəlif medallarla təltif olunub, 2 dəfə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı və Azərbaycan SSR-nin "Əməkdar Elm xadimi" adına layiq görülüb:

  • 1944-cü ildə "Qafqazın müdafiəsi" medalı ilə təltif olunub.
  • 1945-ci ildə "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub.
  • 1952-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif olunub.
  • 1965-ci ildə "1941–1945-ci ildə qələbənin 20 illiyi" medalı ilə təltif olunub.
  • 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100-illiyi münasibətilə "Fədakar əməyə görə" yubiley medalı ilə təltif olunub.
  • 1974-cü ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR-in Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb.
  • 1975-ci ildə "1941–1945-ci ildə qələbənin 30 illiyi" medalı ilə təltif olunub.
  • 1976-cı ildə "SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri sərgisinin" gümüş medalı ilə təltif olunub.
  • 1977-ci ildə "Əmək veteranı" medalı ilə təltif olunub.
  • 1978-ci ildə "Azərbaycan Dövlət Mükafatı" və "IX beşillik zərbəçisi" tərifnaməsi ilə təltif olunub.
  • 1985-ci ildə "2-ci dərəcəli Vətən müharibəsi" ordeni, "1941–1945-ci illərdə qələbənin 40 illiyi" medalı ilə təltif olunub.
  • 1987-ci ildə "Azərbaycanda milyard ton neftin hasilatı" və "50 il partiyada" nişanları ilə təltif olunub.
  • 1988-ci ildə "SSRİ Silahlı qüvvələrinin 70 illiyi" medalı ilə təltif olunub.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. "Влияние условий синтеза крекирующих катализаторов на их физико-химические свойства". Баку. Изд-во АН Азерб. ССР, 1957, 222 с.
  2. "Исследование физико-химических свойств и отбеливающей способности глин месторождений Азербайджанской ССР и гумбрина". Баку. Изд-во АН Азерб. ССР. 1957. 247 с.
  1. Свобода на исследование истины. газ. Бакинский рабочий, 1992.
  2. Кислотные свойства кристаллического и аморфного алюмосиликата методом термодесорбции аммиака. Вестн. Московск. Ун-та.1989.
  3. Исследование возможности использования некоторых промышленных отходов нефтехимического производства в качестве катализаторов. АХЖ. 1989.
  1. 1 2 "Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru — Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.