Zülfüqar bəy Bağırbəyov (tam adı: Zülfüqar bəy Mirzə Ələkbər oğlu Bağırbəyov; 1884, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1916) — çar ordusunun podpolkovniki.
Zülfüqar bəy Bağırbəyov | |
---|---|
Zülfüqar bəy Mirzə Ələkbər bəy oğlu Bağırbəyov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1916 |
Vəfat yeri | Qafqaz cəbhəsi, Olti qəzası |
Vəfat səbəbi | döyüş zamanı ölüm |
Atası | Mirzə Ələkbər bəy Bağırbəyov |
Təhsili | Şuşa şəhər realni məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | mayor |
Zülfüqar bəy Bağırbəyov 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa şəhər real məktəbini bitirmişdi. O, I Dünya müharibəsinə qatılmış, poruçik rütbəsi almışdı. "Niva" jurnalının 1905-ci il iyirmi beşinci nömrəsinin 496-cı səhifəsində onun adı və şəkili var. Həmin jurnalda onun haqqında bu sözlər yazılıb:
Otuz üçüncü Şərqi Sibir atıcı polkunun poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu. |
Port-Artur döyüşlərindən sağ-salamat qayıdan Zülfüqar bəy Bağırbəyov Novobəyazid süvari alayında ştabs-kapitan rütbəsində xidmət edir. 1912-ci ildən 1914-cü ilə qədər Bakı şəhərinin hərbi komendantı olur. Həmin dönəmdə rütbəsi mayor idi. Birinci dünya müharibəsi illərində Avstriya və Ruminiya cəbhələrində iştirak edib.[1][2]
Nağı bəy Şeyxzamanlının Türkiyədə çap etdirdiyi "Xatirələrim" adlı kitabında Zülfüqar bəy Bağırbəyov haqqında yazılmışdır:[1][2]
Zülfüqar bəy Bağırbəylinin Birinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər verdilər. Sonradan məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmamış və cinayət "məchul güllə ilə törədilmiş" deyə ört-basdır edilmişdir. |
Ənvər Çingizoğlu, Məhəmmədbağır bəy Cavanşirin törəmələri (Bağırbəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2011, №6, səh.3–6.