Zülfüqar xan Qaramanlı

Zülfüqar xan Qaramanlı (?-1611) — qızılbaş sərkərdəsi, hakim.

Zülfüqar xan Qaramanlı
Zülfüqar xan Həsəm sultan oğlu Qaramanlı
1607 – 1610
ƏvvəlkiƏlqas mirzə Səfəvi
SonrakıYusif xan (I)
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Şamaxı, Şirvan bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat səbəbi döyüş
Fəaliyyəti hərbi lider[d]
Atası Həsəm sultan
Dini Şiə İslam

Səfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla, Azərbaycan bəylərbəyliyi yaradıldı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu.

I Şah Abbas özü Qızılbaşlar ordusunun başında Osmanlılara qarşı vuruşurdu. Vuruşmaların birində şahın vəziyyəti ağırlaşır. Çoxsaylı Osmanlı ordusu onu möhkəm qısnayır. Elə bu zaman toz-duman içində bir qoşun yaxınlaşır. Qaravul şaha xəbər gətirir ki, bəs arxadan yağı qoşunu hücuma keçib. Şah gələn qoşunu gözdən keçirib deyir: -Gələn Həzrət Əlinin qoşunudur, önündə də Zülfüqarı.

Zülfüqar xan Qaramanlı böyük qoşunla yetirib şahı qısqıdan xilas edir.

Zülfüqar xan Qaramanlı Osmanlı sarayına elçi getmişdi.

Zülfüqar xan sonra şahın fərmanı ilə Şirvana bəylərbəyi təyin edilir. 1607-ci ildən 1610-ci ilədək Şirvana başçılıq edir. 1610-ci ildə dağıstanlıların qəfil basqını zamanı döyüşdə öldürülür. Bəzi tarixçilər qeyd edirlər ki, bu hücum şahın öz quraması idi. Şah Abbas son çağlarda Zülfüqar xanı gözdən salmışdı…

  • Ənvər Çingizoğlu, Qaramanlı eli, "Soy" dərgisi, Bakı,