Bu məqalə Təbriz bəylərbəyliyi haqqındadır. Digər mənalar üçün Təbriz (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Təbriz bəylərbəyliyi və ya Azərbaycan bəylərbəyiliyi[1] — Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri. Mərkəzi Təbriz şəhəri idi.
Əyalət | |||
Təbriz bəylərbəyliyi | |||
---|---|---|---|
|
|||
— 1747
|
|||
Paytaxt | Təbriz | ||
Ən böyük şəhər |
Təbriz Ərdəbil |
||
Rəsmi dilləri | Azərbaycan türkcəsi |
Səfəvilər dövründə xanədanlığın nəzarətində olan bütün ərazilər kimi Tarixi Azərbaycan ərazisi də inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycan (mərkəzi əsasən Təbriz, qısa bir müddət Ərdəbil (1590-1603) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (mərkəzi Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (mərkəzi İrəvan) bəylərbəyliyi.[2]
Nadir şah (1736-1747) hakimiyyətə gələndən sonra bəylərbəylik sistemi ləğv edilmiş, o öldürüldükdən (1747) sonra isə Təbriz bəylərbəyliyi ərazisində bir sıra müstəqil xanlıqlar (Təbriz, Cavad, Marağa, Urmiya, Xoy, Qaradağ, Sərab) yaranmışdı.
XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxursəəd, Qarabağ, Şirvan, Fars (İran) bəylərbəylikləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan Təbriz bəylərbəyliyinə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə, Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər daxil idi.[3]
Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zəngin və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi. Səfəvilər dövlətinin paytaxtı Qəzvinə (1555), sonralar isə İsfahana (1598) köçürüləndən sonra da Təbriz bəylərbəyiliyi ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırdı. Səfəvi ordusunun şəxsi heyətinin (təqr. 60 min nə fər) 5/1 hissəsi (təqr. 11-12 min) Təbriz bəylərbəyliyinin payına düşürdü.
Təbriz bəylərbəyliyinə ən nüfuzlu qızılbaş əmirləri (əsasən, təkəli və türkman tayfa başçıları) hakim təyin edilirdi.
1531-ci ilədək bəylərbəyi Üləma sultan Təkəli idi. Ondan sonra Təbriz bəylərbəyliyinə türkman əmirləri nəslinin idarəsinə keçdi. 1583/84 ildə şamlı və ustaclı əmirlərinin təkidi ilə türkman tayfa başçısı Əmir xan Türkman bəylərbəyilikdən kənar edildi. Bu, qızılbaşlar arasında qanlı toqquşmalara səbəb oldu. Əmir xana təkəlilər də yardım edirdi. Tayfalararası çəkişmələr Osmanlı imperatorluğu ilə müharibə aparan Səfəvilər dövlətinin vəziyyətini xeyli çətinləşdirdi;
XVI əsrdə Səfəvilər dövlətinin tərkibində olan Naxçıvan tüməni inzibati cəhətdən mərkəzi Təbriz şəhəri olan Azərbaycan bəylərbəyliyinə, XVI əsrin ikinci yarısında isə mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyinə daxil olmuşdur.[4]
1587-ci ildə Şah Məhəmməd Xudabəndə (1578–1587-ci illər) öldü və oğlu Abbas (1587–1629-cu illər) taxta çıxdı. I Şah Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi.
İstanbul sülh müqaviləsindən dərhal sonra Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu.
1590-1605-ci illərdə Təbriz bəylərbəyliyinin ərazisi (Qaradağ, Ərdəbil və Talış vilayətləri istisna olmaqla) Osmanlıların tabeliyinə keçmişdi. I Şah Abbas dövründə (1587-1629) Təbriz bəylərbəyliyi Osmanlı qoşunlarından azad edildikdən sonra onun idarəsi yenidən türkmən əmiri Pirbudaq xana tapşırıldı.
1736-cı ildə bütün İran əhlinə məktub göndərib Muğan düzündə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında[5] Muğan (Suqovuşan) qurultayı böyük bir qurultay keçirir. Dünyanın bir çox yerindən qurultaya nümayəndələr dəvət edilir. 12 min çadır qurulur və qurultayda iştirak edən 100 min insana burada xidmət edilir. Qurultayda o özünü şah elan edir. Sonra o İranı dörd bəylərbəyliyinə bölür: Burada Azərbaycan bəylərbəyliyi, Fars bəylərbəyliyi, İraq bəylərbəyliyi və Şərqi Xorasan bəylərbəyliyi. Bunlardan ən böyüyü və güclüsü Azərbaycan bəylərbəyliyi olur və qardaşı İbrahim xanı bəylərbəyi təyin edir. Azərbaycan bəylərbəyliyinə Gürcüstan, Şimali Qafqaz, Dağıstan, Cənubi Azərbaycan və İranın xeyli hissəsi tabe idi.[6]
Nadirin bibisi oğlu Əmiraslan xan Azərbaycan bəylərbəyi olur.
Sıra | Bəylərbəyi | Hakimiyyət illəri |
---|---|---|
«Nadir dövlətin hər bucağına,qılınc gücünə tutulmuş bütün əyalətlərə qabaqcadan fərmanlar göndərmiş,hakimlər,vilayət rəisləri,əyyan və üləmalar Quzey Azərbaycana-Muğana qurultaya çağırılmışdılar.Bir də buyurmuşdu ki,Kür ilə Arazın qovuşduğu yerdə, Cavad keçidi yaxınlığında ağac və qarğıdan 12 min ev tikilsin,ayrıca karvansara,məscid və imarətlər qurulsun.Tezliklə bura 100 minə kimi adam toplandı.Bu qurultay hal-hazırda Sabirabad rayonunun ərazisində yerləşən Qalaqayın kəndinidə keçirilmişdir. »