Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Zülfi Kazım oğlu Sadıxov (1942, Qarabulaq, Gədəbəy rayonu – 25 mart 2023, Sumqayıt) — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü.[1]
Zülfi Kazım oğlu Sadıxov | |
---|---|
Sadıxov Zülfü Kazım oğlu | |
Doğum tarixi | 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 2023 |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Tanınır | istehsalatçı-kimyaçı |
Mükafatları |
|
Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub.[2] Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
25 mart 2023-cü ildə vəfat etmişdir.[3]
Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu. Məhz bütün bunlara görə 1980-ci ildə Zülfi Sadıxov mühəndis həmkarları ilə birgə Respublika Dövlət mükafatına layiq görülüb. Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixtiraçılıq fəaliyyətinə görə 300-ə qədər səmərələşdirmə təklifinin və müəlliflik şəhadətnaməsi aldığı 5 ixtiranın müəllifidir.