Zəfər Meydanı (Minsk)

Zəfər meydanı (belar. Пло́шча Перамо́гі, rus. Пло́щадь Побе́ды) — Minsk şəhərinin mərkəzində, Müstəqillik küçəsi və Zakharau küçəsinin kəsişdiyi yerdə yerləşir. Zəfər Meydanı, Minsk şəhərinin ən əsas yerlərindən biridir. Yeni evlənənlər ənənəvi olaraq bu meydanda şəkillər çəkdirirlər.

Görməli yer
Zəfər meydanı
Ölkə
Yerləşdiyi yer Minsk
Əsas tarixlər
Bina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəfər abidəsi

[redaktə | mənbəni redaktə et]

Qələbə ordeninin 3 metrlik bir surəti , meydanın ortasına inşa edilmiş 38 metrlik bir qranit sütunu taclandırır. Abidə 1954-cü ildə Sovet Ordusu əsgərləri və Belarus partizanlarının şərəfinə inşa edilmişdir. Heykəltrəşlar: Z. Azgur, A. Bembel, S. Selikhanau. Memarlar: U. Karol, G. Zagorski.

İnşa edilmə tarixi

[redaktə | mənbəni redaktə et]

1958-ci ildən əvvəl meydanın adı "Kruqlaya" (Dairəvi) idi. Memar R. Stoler liderliyindəki inşaatçılar, meydanın ətrafına iki dairəvi bina inşa etməyə başladı. Böyük Vətən Müharibəsi zamanı binalar qismən dağıdıldı. R. Stoler, bu binaların yenidən inşasına kömək etmək üçün 1957-ci ildə Minskə qayıtdı.[1]

1946-cı ildə BSSR hökuməti Zəfər Abidəsi dizaynı üçün bir yarışma başlatdı. İlk vaxt abidə mövcud "Kastrychnitskaya" (Oktyabr) meydanı ətrafında planlandı. Bəyaz çəhrayı mərmərdən hazırlanmış 48 metrlik bir abidə üçün seçilən dizayn düşünülmüşdür. 1984-cü ildə memarlar B. Larchenko, B. Shkolnikov və K. Vyazgin metro stansiyalarından çıxışlara uyğun gəlməsi üçün meydanı dairəvidən oval olaraq yenidən dizayn etdilər.

8 may 1985-ci ildə, Böyük Vətən Müharibəsində Zəfərin 40-cı ildönümü şərəfinə , Zəfər Meydanının yeraltı keçidində bir Xatirə Salonu açıldı. Salon, Belarusiyanı Nazi işğalından qurtarmaq üçün canlarından keçən SSRİ Qəhrəmanlarına həsr olunub. Salonun divarında SSRİ Qəhrəmanlarının bürünc ulduz nişanı vardır.

  1. "Arxivlənmiş surət". 2021-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.