Zəfər zirvəsi — Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən hündür zirvəsi.[3][4]
Zəfər zirvəsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 4301 [1] [2] |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon | |
Vikianbarda əlaqəli mediafayllar |
Şanlı Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 Noyabr Azərbaycan Respublikasında "Zəfər günü" kimi təsis olunmuşdur. Bu münasibətlə Bazardüzü zirvəsindən şərqdə yerləşən 4301m hündürlükdəki adsız yüksəkliyə "Zəfər zirvəsi" adı verilməsi ilə bağlı lazımı icazələr alınıb və "Zəfər Azərbaycanındır !" adlı ekspedisiya təşkil edilib. Çətin qış şərtlərində həyata keçirilən ekspedisiya 10 gün davam edib. Azərbaycan Ordusunun, "Qartal Dağçılıq İdman Kulubu"nun və müstəqil alpinistlərin də daxil olduğu ekspedisiyada 13 nəfərlik komanda üzvləri 9 fevral 2021-ci il (saat 14:50) tarixində zirvəyə çıxıb və xüsusi hazırlanmış zirvə lövhəsini quraşdırıblar.[5][6][7][8][9]