Zəhhak və ya Zəhhaq (fars. ضحاک, pronounced [zæhɒːk];[1] Avestada Azi Dəhakə (fars. اژی دهاک)[2] — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamış[3] və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir.[4]
Zəhhak | |
---|---|
fars. ضَحّاک | |
Cinsi | kişi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur .[5]