Zəhra Məmməd qızı Salayeva (15 mart 1922, Bakı – 28 noyabr 2005) — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963), professor (1967), Azərbaycan Əməkdar Elm Xadimi (1981).
Zəhra Salayeva | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 2005 (83 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | tibb e.d. (1963) |
Elmi adı | prof. (1967) |
|
|
Təltifləri |
Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub[1]. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur.[2]
1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir.
1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur.
3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir.
SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur.
28 noyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.[3] [4]