Zəki Kazımzadə

Zəki Əli İsgəndər oğlu Kazımzadə (1908 – 1986) — professor, texnika elmləri doktoru, Rəna Kazımzadə atası.[mənbə göstərin]

1908-ci ildə Bakı şəhərində anadan olub. Elmi fəaliyyəti dövründə elektrotexnikaya aid bir çox dərs vəsaitləri və elmi əsərlər yazıb. Onun "Ümumi elektrotexnika", "Sənayenin energetik bazası", "Xalq təsərrüfatının avtomatlaşdırılması", "Elektrik enerjisinin yeni üsullarla istehsalı" adlı əsərləri tək Azərbaycanda deyil, həmçinin Yaxın Şərq və Orta Asiya ölkələrində də geniş istifadə olunur.

"Elektrotexnikanın nəzəri əsasları" kitabı "Dəyişən və sabit cərəyanın alınması", "Çoxfazalı dəyişən cərəyanlar", "Dəmir nüvəli elektrik dövrələri" və elektrotexnikanın digər nəzəri əsaslarını əhatə edən 21 fəsildən ibarətdir.[1]

Professor A.Axundov tərəfindən, azərbaycan dilində 1931-ci ildə hazırlanmış, "Elektrotexnika terminləri lüğəti"-nin təkmilləşdirilmiş və bir çox əlavələr edilmiş yeni nəşri olan, Zəki Kazımzadənin və M.M.Salamzadənin təşəbbüsü ilə “Rusca-azərbaycanca elektrotexnika terminləri lüğəti" 1958-ci ildə işıq üzü görmüşdür. [2]

Zəki Kazımzadə və Rəna Kazımzadə tərəfindən tərtib olunmuş, əvvəlki lüğətlərdən həcminə və elmi dəqiqliyinə görə xeyli fərqlənən, 5400-dən artıq termin və söz birləşməsini əhatə edən bu lüğət təkrarən 1991-ci ildə təkrar çap edilmişdir.

  1. [1]
  2. Kazımzadə, Zəki; Kazımzadə, Rəna. "Rusca-azərbaycanca elektrotexnika terminləri lüğəti" (az. və rus) (2-ci nəşr). Bakı: Bakı Universiteti Nəşriyyatı. 1991. 5. ISBN 5-8025-0090-5.

"Rusca-azərbaycanca elektrotexnika terminləri lüğəti"

Tərtibçilər : Z.İ.Kazımzadə, R.Z.Kazımzadə. Bakı Universiteti Nəşriyyatı, 1991