Zəkiyyə Qiyasbəyli' (Tam adı:Zəkiyyə Nadir qızı Qiyasbəyli; d.30 dekabr 1932, Tbilisi) — Ədəbiyyatşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru, professor.[1]
Zəkiyyə Nadir qızı Qiyasbəyli | |
---|---|
Zəkiyyə Qiyasbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADU. Filologiya fakültəsi |
Fəaliyyəti | nasir |
Zəkiyyə Qiyasbəyli 30 dekabr 1932-ci ildə Tbilisi şəhərində müəllim ailəsində anadan olmuş, Tbilisidəki M. F. Axundov adına 97 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında başlamışdır. 1992–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dünya mədəniyyəti tarixi və nəzəriyyəsi‖ fənnini tədris etmişdir. 1993-cü ildə Təfəkkür Universitetinin filologiya fakültəsində professor, 1997–2002-ci illərdə dekan vəzifəsində çalışmışdır. Zəkiyyə xanım 1971-ci ildə Mehdi Hüseynin əsərlərində "Fəhlə-neftçi surətləri" adlı elmi işini müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildə isə "Azərbaycan sovet ədəbiyyatında ictimai fəal qəhrəmanın təkamülü" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Zəkiyyə xanım Qiyasbəyli ədəbi yaradıcılığa publisistik yazılar, tənqidi məqalələrlə başlamışdır. Əmək adamlarının həyatından bəhs edən kitabların: "İllər və insanlar" (1980), "Bu günün həqiqəti" (1980), "Söz və iş" (1982), "Dama-dama göl olar" (1987) adlı kitabların tərtibçisi olmuşdur. Zəkiyyə Qiyasbəyli həmçinin bədii tərcümə ilə də ardıcıl məşğul olur. Hind yazıçısı Kulvant Sinqx Virkin povest və hekayələrini, çuvaş yazıçısı Mixail Yuxmanın "Albanın çiçəkləri" kitabındakı hekayələrini müasir Orta Asiya yazıçılarının bir sıra əsərlərini dilimizə çevirmişdir. Z. Qiyasbəyli Məhsəti Gəncəvi laureatıdır.[2]