Zəminə Aslanova

Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976).

Zəminə Aslanova
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyun 1940(1940-06-20)
Doğum yeri
Vəfat tarixi 23 iyun 2019(2019-06-23) (79 yaşında)
Vəfat yeri
Partiya

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı
SSRİ Dövlət mükafatı "Azərbaycan SSR pambıq ustası" fəxri adı — 1973

Həyatı[redaktə | mənbəni redaktə et]

Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir.[1] Kolxozçuların 3-cü Ümumittifaq qurultayının(1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur(1976). Azərbaycan SSR Ali Sovetinin(7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.[2]

Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 39.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bir ömrə doğan günəş". 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  2. "Böyük şəxsiyyətin böyük gəlişi". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
  3. "Sosialist əməyi qəhrəmanı Zəminə Aslanova vəfat etmişdir" (az.). reyting.az. 2019-06-24. 2019-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.