Azərbaycan SSR pambıq ustası (azərb-kiril. Азәрбајҹан ССР памбыг устасы) — Azərbaycan SSR-də pambıq sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.
Azərbaycan SSR pambıq ustası | |
---|---|
Азәрбајҹан ССР памбыг устасы | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | pambıq sənayesi qabaqcıllarına |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 23 may 1940 |
"Azərbaycan SSR pambıq ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 23 may 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur.[1][2]
Fəxri adla Azərbaycan SSR-in pambıqçılıq sənayesində ən yeni aqrotexnikanı tətbiq edən, pambıq yığmaq işində xüsusilə fərqlənən kolxozçular, sovxoz fəhlələri, kənd təsərrüfatı mütəxəssisləri, elmi-tədqiqat pambıqçılıq və təcrübə idarələrinin işçiləri, eləcə də yüzsentnerçilər yarışında iştirak edənlər təltif olunurdu.[1][3]
Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.[3]