Zəngəzur itburnusu

Zəngəzur itburnusu (lat. Rosa zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Zəngəzur itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Ermənistanın Gorus və Meqri rayonlarında (Xosrov qoruğu) rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-ın dağlarında, Daşkəsən və Cəbrayıl rayonlarının aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşə kənarları və kol cəngəlliyində rast gəlinir.

Azərbaycanın nadir bitkisidir. NT.

Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlı-qayalı quru yamaclarda yayılmışdır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 80-120 sm-ə qədər olan qırmızımtıl qаbıqlı kollardır. Qopartikanı bir formadadır, düz və ya möhkəm, qaidə hissəsi enliləşmiş, çox vaxt ikiləşəndir. Yarpaqları 7-8 ədəd tərs yumurtavarı və ya ellipsşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur. Yаrpаqаltlıqlаrı 8-10 mm uzunluqda, üst tərəfdən çılpaq, alt tərəfdən vəzicikli, kənarı vəzicikli kirpiklidir. Çiçəkləri tək-tək, 2-2 və ya 3-3-dür. Ləçəkləri ağ və ya ağımtıl çəhrayı rəngdə olur. Meyvələri qırmızı rəngdədir, oval formada və xırdadır. İyul ayında çiçək açır.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.