Zəngilan məscidi

İmam Hüseyn məscidi və ya Zəngilan məscidiAzərbaycanın Zəngilan şəhərində XVII–XVIII əsrlərə aid məscid.

İslam
İmam Hüseyn məscidi
Yerləşməsi
Ölkə
Kənd Zəngilan, Azərbaycan
Memarlıq
Üslubu islam memarlığı
Vəziyyəti məhv edilmişdir
İmam Hüseyn məscidi xəritədə
İmam Hüseyn məscidi
İmam Hüseyn məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2020-ci ildə Zəngilan azad edildikdən sonra 2021–2023-cü illərdə qalıqları bərpa edilmiş, yanında isə yenisi inşa edilib.[1]

İmam Hüseyn məscidinin XVII–XVIII əsrlərdə,[2][3] Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən talan və məhv edilmişdir. İşğal dövründə məscid donuzxanaya çevrilmişdir.[4] Zəngilan şəhəri 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[5]

26 aprel 2021-ci ildə İlham Əliyev tərəfindən yeni məscidin əsası qoyulmuşdur. Məscidin açılışı 18 may 2024-cü ildə baş tutmuşdur. Tarixi məscidin ərazisində isə açıq səma altında sərgi yaradılmışdır.[6]

İmam Hüseyn məscidinin ölçüləri 12x20 metr olmuşdur. Məscidin içərisində mehrab və taxça var idi. Məscidin tikintisi zamanı əsasən yerli əhəngdaşından istifadə edilmişdir. Məscidin divarları bəzəksizdir. Məscidin qapısı şərq tərəfə açılırdı və üzərində yazı var idi. Qapısı tağformalı olmuşdur.[4][7]

Konservasiya olunan tarixi məscidin yanında yerləşən yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç neflidir. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yerləşir. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılmışdır. İnteryerdə nəqqaşlıq işləri aparılmış, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənmişdir. Minbər və şəbəkə elementləri təbii ağacdandır.[6]

  1. "Zəngilan məscidinin bərpasına başlanılıb". Report İnformasiya Agentliyi (az.). 2021-04-27. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
  2. "Bir "Cəngi"lik Zəngilan vüsalı". Ministry of Culture (az.). 22 October 2020. 9 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2022.
  3. "Zəngilan rayonunun vandalizmə məruz qalmış abidələri". dqdk.gov.az. 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  4. 1 2 "Zəngilanda yerləşən "İmam Hüseyn" məscidi | Religions in Today's Azerbaijan". religions.az. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  5. "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
  6. 1 2 "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər". President.az. 18 may 2024. İstifadə tarixi: 19 may 2024.
  7. "ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan abidələri". armenianvandalism.preslib.az. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.