Zərbəliyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Zərbəliyevlər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Zərbəli bəy |
Qohum soylar | Əzizbəyovlar |
Təbəəliyi | Bakı xanlığı, Rusiya imperiyası |
Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi.