Zərifə Əliyeva adına lisey

Akademik Zərifə Əliyeva adına liseyBakı şəhəri Yasamal rayonu ərazisində yerləşən tam orta məktəb[1].

Akademik Zərifə Əliyeva adına lisey
Direktor İsayeva Fərqanə
Şəhər Bakı Bakı
Ölkə  Azərbaycan
Ünvan Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 253, AZ1141
Sayt z-aliyeva.edu.az

Lisey Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək liseyin maddi-texniki bazası ilə tanış olmuş və haqqında xoş fikirlər söyləmişdir.

İlk dəfə 2008–2009-cu tədris ilində fəaliyyətə başlayan liseydə IX–X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə və imtahanlardan keçmişdir.

Fəaliyyət prinsipləri

[redaktə | mənbəni redaktə et]

Siniflərin təmayüllər üzrə komplektləşməsi, şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsənilməsinə xidmət edən liseydə fundamental və tətbiqi biliklərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsili əsas proritet məsələlərdən hesab olunur.

Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur.

2009-cu ildən lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub.

Liseydə müəllimlər şagirdlərdən yüksək nailiyyətlər gözləyir və o istiqamətdə işlərini qururlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən tapşırıqlar tərtib edir və mütəmadi olaraq formativ qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə şagirdlərin faktları əzbərləməsini və əlaqəsiz tapşırıqların yerinə yetirilməsini deyil, qavramanı və dərk etməni yoxlamaq məqsədi daşıyır. Bunun üçün lieyin müəllimləri öyrənmədə qavramaya istiqamətlənən yeni qiymətləndirmə alətləri hazırlayır və başa düşürlər ki, qavramanın inkişaf etdirilməsi müstəqil öyrənmə üçün vacibdir.

Maddi-texniki baza

[redaktə | mənbəni redaktə et]

Akademik Zərifə Əliyeva adına lisey 840 yerlikdir və bir korpusdan ibarət üç mərtəbəli binada yerləşir. Liseydə 41 sinif otağı, multimedia və fənn kabinetləri, fizika və kimya laborotoriyaları, 4 kompüter otağı, müəllimlər otağı, kitabxana, yeməkxana, idman zalı mövcuddur. 2014-cü ildə Koreya-Azərbaycan İKT əsaslı innovativ tədris layihəsi çərçivəsində liseyimizdə İKT əsaslı innovativ tədris otağı yaradılmışdır.

Sinif otaqları, laboratoriyalar və idman zalı müasir avadanlıqlarla təhciz olunmuş, süni örtüklü futbol meydançası, voleybol və basketbol meydançaları şagirdlərin ixtiyarına verilmişdir. Bununla yanaşı liseyin geniş və işıqlı informasiya resurs mərkəzi dərsli, elm və bədii kitablarla zəngin kitabxanası vardır. Liseydə Müasir Təhsil və Tədrisə yardım mərkəzinin xətti ilə resurs mərkəzi yaradılıb. Bu mərkəzdə toplanılan zəngin kitab bazasından müəllim və şagirdlər istifadə edir.

  1. "Arxivlənmiş surət". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-06.