Zərif meşənovruzu (lat. Cyclamen elegans) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2 ab (i,ii,iii,). Azərbaycanın nadir növüdür.
Zərif meşənovruzu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Zərif meşənovruzu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval–tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd–yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir. Erkəkciklər 5, bunların saplaqları qısa, tozcuqlar sraı, lansetvari, est tərəfdə tili yoxdur. Yumurtalıq üst tərəfdə, 1 yuvalıdır. Sütuncuq uzun, tacı enli əsnəyindən çıxır. Qutucuq dairəvi, 8 dişiciklə açılandır.
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü yanvar-dekabr aylarına təsadüf edir. Palıd-dəmirağac, fıstıq, ağcaqyaın meşələrində, dağ dərələrində, çaykənarı meşələrdə rast gəlinir. Dərman bitkisidir.
Lənkəran ovalığı və Lənkəran dağlıq hissəsidir.
Populyasiyanın təbii bərpası azalır, yegane lokalitetində mənfi iqlimə və antropogen təsirlrə həssaslıq müşahidə olunur.
Antropogen amillər (otarılma, tapdalanma) və iqlim dəyişikliyidir.
Yayılma yerlərində antropogen təsirlərin azaldılması və mütəmadi monitorinqlərin aparılması təklif olunur.