Zərxanım Əhmədli | |
---|---|
Doğum tarixi | 18 fevral 1952 (72 yaş) |
Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb. Hazırda " Təfəkkür " Universitetinin jurnalistika fakültəsində Radio — Televiziya jurnalistikasının əsaslarından dərs deyir. 1993-cü ildə Azərbaycan Radiosunun "Səhər " İnformasiya və musiqi proqramındakı fəaliyyətinə görə Azərbaycan Mətbuat Fondunun və "Səhər" qəzetinin birgə təsis etdikləri xüsusi mükafata layiq görülüb. 1997-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi " Həsən bəy Zərdabi" mükafatına layiq görülüb. 2002-ci ildə " Azadlıq" radiosundakı fəaliyyətinə görə Azərbaycan Qadın Jurnalistlər Birliyinin təsis etdiyi ilin Qadın radio jurnalisti nominasiyası üzrə "Diplom" və xüsusi mükafatla təltif olunub. 2003-cü ildə " Qızıl qələm" mükafatına layiq görülüb. Müxtəlif illərdə Moskva , Sankt — Peterburq , Tbilisi şəhərlərində olub. 2006-cı ildə Amerika İctimai Tele- Radio məktəbi ilə tanışlıq məqsədilə Amerikanın bir sıra ştatlarında işgüzar səfərdə olub. Zərxanım Əhmədli 1970-ci ildən başlayaraq bu günədək dövrü mətbuatda müxtəlif mövzulu yazıları , müsahibələri, portret oçerkləri ilə çıxış edir. Jurnalist həmkarı Elmira Əmrah qızının xatirəsinə həsr etdiyi "Sənsiz səninlə", tanınmış şərqşünas alim Əbülhəsən Rəhmaniniyə həsr etdiyi " Bir insan tanıyırdım", vaxtı ilə müəllimləri olan professor N. Z. Hatəminin və Şadman xanım Rəhmaninin xatirəsinə həsr etdiyi " Dünya bir pəncərədir "adlı kiçik həcmli kitabların müəllifidir. Ailəlidir . İki oğlu var.