Zəvəro məscidi — İsmayıllı rayonunun Lahic kəndinin Zəvəro qəsəbəsində yerləşən məscid.
Zəvəro məscidi | |
---|---|
| |
40°50′38″ şm. e. 48°22′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Lahıc |
Yerləşir | İsmayıllı rayonu |
Tikilmə tarixi | 1805 |
Üslubu | İslam memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Zəvəro məscidi 1805-ci ildə tikilmişdir.[1] Məscid yerləşdiyi məhəllənin adını daşıyır. Abidədə söküntü işləri dəfələrlə aparılıb. Tavanında və divarlarında olan bəzəkli naxışlar sıradan çıxıb.
Sovet dövründə məscid binası mədəniyyət evi və kinoteatr kimi fəaliyyət göstərirdi. 1980-ci illərin axırlarında Mədəniyyət evi ləğv edilib və məsciddə təmir işlərinə başlanıb.
2005-ci ildə Lahıc sakinlərinin təşəbbüsü və maliyyə dəstəyi ilə bina əsaslı təmir və bərpa olunmuşdur.
Hazırda məscid kimi fəaliyyət göstərir və memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.[2]
Formaca dördbucaqlı olan bu məscid çaylaq daşı ilə inşa olunub. Minarəsi ağ dəmir təbəqə ilə işlənmişdir. Minarə damın üstündə yerləşib, onun hündürlüyü 5 metrdir. Məscid hündürlüyü 1 metr olan səki üstündə inşa edilib. Giriş qapısı tərəfdə - divarda daş kitabələr həkk olunub. Damının örtüyü ağ dəmir təbəqədəndir.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |