Zabitlər evi (Tbilisi)

Zabitlər evi (gürc. ოფიცერთა სახლი) – Tbilisi şəhərində, Rustaveli prospekti 16 ünvanında yerləşən tarix-memarlıq abidəsi.

Zabitlər evi
gürc. ოფიცერთა სახლი
Binanın əsas fasadının görünüşü
Binanın əsas fasadının görünüşü
[[Fayl:Tbsofficershouse interior.jpg |274x400px|İnteryerlərdən birinin ümumi görünüşü|frameless]]İnteryerlərdən birinin ümumi görünüşü
Xəritə
41°41′57″ şm. e. 44°47′49″ ş. u.
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyatı Gürcüstan hökuməti
Memar David Çisliyev
Tikilmə tarixi 1916
Üslubu Neoklassik memarlıq
Vəziyyəti qənaətbəxş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neoklassik üzlublu Zabitlər evi binası 1916-cı ildə memar David Çisliyevin layihəsi əsasında inşa edilmişdir. Binanın interyerlərinin həll olunmasında məşhur Gürcüstan heykəltəraşı Yakov Nikoladze də iştirak etmişdir.[1] Həmçinin binaın üçüncü mərtəbəsinin künc eyvanını bəzətən kariatidlər də onun tərəfindən hazırlanmışdır.

1918-ci ildə binanın zirzəmisində yaradılmış tarixi “Arqonavtlar qayığı” (rus. Лодка аргонавтов) kafesi gürcü rəssamlarının görüş yerinə çevrilmiş, Kirill Zdaneviç, Lado Qudiaşvili, Aleksandr Bajbeuk-Melikov kimi sənətkarlar tez-tez burda göüşmüşlər.

Hazırda binada Galleria TMS və “Erisoni” Dövlət Akademik Gürcü Xalq Mahnı və Rəqs Ansanblı gəaliyyət göstərir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Şahmat üzrə dünya çempionu Tiqran Petrosyan uşaqlıq illərində - 1929-1946-cı illərdə bu binada yaşamışdır. Binanın üzərində idmançının xatirəsini əbədiləşdirən xatirə lövhəsi vurulmuşdur.[2]

  1. "Числиев (Числян) Давид Георгиевич". 2018-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  2. "на доме № 16 по проспекту Руставели установлена мемориальная доска 9-го чемпиона мира по шахматам, тбилисского армянина — Тиграна петросяна". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  • «საქართველოს ძველი ქალაქები: თბილისი», 2006 წელი, ISBN 99940-0-923-0