Zadir Rzayev

Zadir Rza oğlu Rzayev (10 oktyabr 1937, Şürük, Lənkəran rayonu29 yanvar 2010, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun 18110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissə komandiri.

Zadir Rzayev
Zadir Rza oğlu Rzayev
Şəxsi məlumatlar
Digər adı Zaur
Doğum tarixi
Doğum yeri Şürük, Lənkəran rayonu, Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi General-mayor
Vəzifəsi korpus komandiri
Döyüşlər Qarabağ müharibəsi

1937–1958: Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Zadir Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. Orta təhsili İkinci Dünya Müharibəsi dövrlərinə təsadüf etdiyindən təhsil almasında böyük çətinliklər yaranıb. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlib. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-ci ildə sənədlərini geri götürərək o vaxtkı Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edib və qəbul olub.

1958–1971: Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi

[redaktə | mənbəni redaktə et]

1958–1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq 5 il Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində — Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. Gümrü şəhərində xidmtə etdiyi hərbi hissədə əvvəlcə taborun qərargah rəisi, az sonra isə tabor komandiri olub.

1971–1991: M. F. Frunze adına Hərbi Akademiya

[redaktə | mənbəni redaktə et]

Ermənistanda xidmət edə-edə 1971-ci ildə Moskvada M. F. Frunze adına Hərbi Akademiyaya daxil olub və 1975-ci ildə oranı bitirib. Daha sonra Zaqafqaziya Hərbi Dairəsində 1988-ci ilədək alay komandirinin müavini kimi çalışıb. 1988-ci ildə ordudan tərxis olunub. Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərilib. Burada polkovnik rütbəsi alan Zadir Rzayev kafedra rəisi vəzifəsinə təyin olunub. İlk dəfə ona BDU-da Zaur kimi müraiət olunur və sonradan el arasında bir çox şəxslər onu Zadir yox məhz Zaur adı ilə tanıyıb.

1991–1993: Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

1991-ci oktyabrın 9-da bilavasitə özününun şəxsi təşəbbüsiylə yaratdığı "I batalyon" kimi tanınan, Azərbacan Silahlı Qüvvələrinin ilk N saylı hərbi briqadasının komandiri kimi Qarabağ döyüş bölgəsinə getmişdir. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik etmişdir. Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci il oktyabrın 19-da Əbülfəz Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb.[1] Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü il iyunun 16-da isə Cəbhə komandanı, müdafiə nazirinin I müavini vəzifəsinə təyin olunub.

1993-cü il avqustun 29-da Beyləqan yolunda müəmmalı səbəblərdən avtomobil qəzasına düşərək, başından ağır xəsarət almış və 3 ay hərbi hospitalda müalicə olunmuşdur.

29 yanvar 2010-cu il tarixdə Zaur Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.[2][3]

  1. "General-mayor Zadir Rzayev vəfat edib". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
  2. "General Zaur Rzayev 2-ci Fəxri Xiyabanda dəfn edildi (foto-şəkillər)". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  3. "General taleyi…". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.