Zahid Kərimov

Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı1 sentyabr 2011) — Görkəmli sovet və Azərbaycan alimi. Professor[1], texnika elmləri doktoru[2]. Azərbaycan Respublikasının əməkdar elm xadimi[3].

Zahid Kərimov
Zahid Karimov
Doğum tarixi 13 yanvar 1937(1937-01-13)
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 2011(2011-09-01) (74 yaşında)
Elm sahəsi Neft-mexanika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zahid Kərimov 13 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub.

1959-cu ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib.

1959–1960 — AZ. SSR EA Energetika institutu, Mühəndis.

1960–2011 — Əzizbəyov adına Neft və Kimya institutu (AZİNKİ)-də fəaliyyət

1960–1961 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent.

1961–1964 – AZİNKİ-də Aspirant.

1965–1965 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent.

1965–1966 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Baş müəllim.

1966–1968 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Dosent.

1969–1971 — AZİNKİ-nin "Neft-mexaika fakültəsi"-nin dekanı.

1969–1970 -AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Professor.

1970–2011-AZİNKİ-nin "Maşın hissələri və yükqaldırıcı maşınlar". Kafedra müdiri, professor.

Elmi tədqiqatları:

  • Neft-qaz-mədən əməliyyatlarında dinamika problemləri.
  • Termo-özlü elastiklik və plastiklik nəzəriyyəsi.
  • Neft-qaz mədən avadanlıqlarının dinamikası, möhkəmliyi və optimal layihələndirilməsi.
  • Tətbiqi mexanika.

Elmi kadr hazırlığı:

3 – elmlər doktoru və 30 – elmlər namizədi hazırlamışdır.

Konfranslarda iştirak:

Beynəlxalq elmi konfrans, simpoziumlarda məruzələrlə çıxış etmiş, Azərbaycan elmini ümumdünya konqress, konfranslarında, o cümlədən Böyük Britaniya, Almaniya, Polşa, Rumıniya, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə təmsil etmişdir.

Seçilmiş elmi əsərləri:

  • Динамические расчеты бурильной колонны. 1970, Москва, изд Недра, 160 стр.[4]
  • Термо-вязко-упругость и пластичность в нефтепромысловой практике. 1973, Москва, изд Недра, 280 стр[5]
  • Автоматизированные проектирование конструкции . изд Машиностроение, 1985, 224 стр .[6]
  • Теория колебаний в нефтепромысловом деле . 2005 Москва — Ижевск, Институт компьютерных исследований, 364 стр .[7]
  • Maşın hissələri. Ali texniki məktəblər üçün dərslik. 1999, Bakı maarif.1999. 396 səh.[8]
  • Maşın hissələrinin uzunömürlüyüyü. Ali texniki məktəbləri üçün dərs vəsaiti.1999, Bakı, Elm nəş, 133 səh.[9]
  • Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.2002, Bakı, maarif nəşriyyatı, 596 səh.[10]
  • Maşın hissələrindən kurs layihəsi.1983, Bakı, maarif nəşriyyatı, 320 səh.[11]
  • Geodinamika,2007, Azərnəşr, 158 səh.[12]
  • Rəqslər nəzəriyyəsi. 1981, Bakı, maarif nəşriyyatı.

250 elmi əsərin, o cümlədən 17 monoqrafiya, 215 elmi məqalə, 14 ixtira və 1 elmi kəşfin müəllifidir.

1. Azərbaycan Respublikasının əməkdar elm xadimi;

2."Şöhrət" ordeni — 14.12.2000;[13]

3. SSSR-nin "Qırmızı Əmək Bayrağı" ordeni[14];

4. SSSR-nin Qaz sənayesi Nazirliyinin əlaçısı[15];

5. SSSR-nin neft və kimya maşınqayırması Nazirliyinin əlaçısı[16];.

Ailəli idi, 3 övladı var.

  1. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_Professor_diplomu_i%C3%A7i_3.jpg
  2. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_t.e.d_diplomu_i%C3%A7i_2.jpg
  3. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_orden_v%C9%99siq%C9%99si_i%C3%A7i.jpg
  4. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_2_%C3%BCz%C3%BC.jpg
  5. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_3_%C3%BCz%C3%BC.jpg
  6. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_4_%C3%BCz%C3%BC.jpg
  7. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_5_%C3%BCz%C3%BC.jpgg
  8. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_8_%C3%BCz%C3%BC.jpg
  9. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_6_i%C3%A7i_1.jpg
  10. *Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar
  11. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_9_%C3%BCz%C3%BC.jpg
  12. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_kitab_10_%C3%BCz%C3%BC.jpg
  13. Crocusoft. "E-QANUN". e-qanun.az. 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
  14. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_orden_kitab%C3%A7as%C4%B1_i%C3%A7i_2.jpg
  15. https://commons.wikimedia.org/wiki/File:Zahid_K%C9%99rimov_v%C9%99siq%C9%99_1_i%C3%A7i.jpg
  16. https://commons.wikimedia.org/w/index.php?search=zahid+k%C9%99rimov&title=Special:MediaSearch&go=Go&type=image